Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycan milli mətbuatının müstəqillik illərindəki inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan milli mətbuatının müstəqillik illərindəki inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Naxçıvan, 15 iyul, AZƏRTAC

Çoxəsrlik tarixə və zəngin ənənələrə malik Azərbaycan milli mətbuatının müstəqillik illərindəki inkişafı, ölkəmizdə söz, fikir, mətbuat azadlığına nail olunması, bilavasitə, dünya şöhrətli siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Mətbuat Şurası və “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə “Naxçıvan mətbuatı: dünən və bu gün” mövzusunda keçirilən onlayn elmi konfransda səsləndirilib.

Konfransda “Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev milli mətbuatımızın yubileyinin qeyd olunmasının ümummilli lider Heydər Əliyevin 1990-cı ilin 22 iyulunda Naxçıvana gəlməsi, muxtar respublikamız, ümumilikdə ölkəmiz üçün xilas, nicat günü olan, dövlət müstəqilliyimizin əsasının qoyulduğu tarixi günə təsadüf etdiyini vurğulayıb. O, milli mətbuatımızın yaranmasının 145 illiyi ilə əlaqədar ölkə Prezidenti və Ali Məclis Sədri tərəfindən imzalanan sərəncamların əhəmiyyətindən bəhs edib.

Akademik bildirib ki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində də ardıcıl işlər görülüb. Məhz Ümummilli Liderin uzaqgörənliyi sayəsində ölkə mətbuatında söz, fikir və əqidə azadlığının təmin olunması üçün müvafiq qanunvericilik aktlarında dəyişikliklər aparılıb, Azərbaycan beynəlxalq konvensiya və sazişlərə qoşulub. Təqdirəlayiq haldır ki, bu müdrik siyasət hazırda ölkəmizdə uğurla davam etdirilir, mətbuat dövlət siyasətinin güzgüsünə, cəmiyyətin düzgün istiqamətləndirici qüvvəsinə çevrilib.

Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev “Muxtar respublikada jurnalistika ixtisası üzrə kadr hazırlığının uğurlu təşkili jurnalistikanın inkişafına xidmət edir” mövzusundakı çıxışında qeyd edib ki, 2001-ci ildən universitetdə fəaliyyətə başlayan Jurnalistika ixtisası, 2002-ci ildən fəaliyyət göstərən Jurnalistika və kitabxanaçılıq kafedrası ali təhsilli jurnalist kadrların yetişdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Həmçinin ali təhsil ocağında bu sahə üzrə tələbələrin peşəkar səviyyədə hazırlanmasında fundamental praktik baza rolu oynayan müxtəlif qurumlar – “Qeyrət” nəşriyyatı, universitet televiziyası, “Nuhçıxan” radiosu, Mətbuat şöbəsi mövcuddur ki, bu qurumlar Azərbaycan ali təhsil sistemində analoqu olmayan Media Mərkəzi şəklində cəmləşib.

“Uğurlu media siyasəti nəticəsində muxtar respublikanın kütləvi informasiya vasitələri fəaliyyətini genişləndirib, mətbuatın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edilib”, - deyən Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov “Naxçıvanda medianın inkişafına hərtərəfli dövlət qayğısı göstərilir” mövzusunda çıxışında bildirib ki, 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması bu sahənin inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəldib. Həmçinin ötən il Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv seçilməsi naxçıvanlı jurnalistlərin Naxçıvan mətbuatının dünya mediasının tərkib hissəsi olaraq daha da inkişaf etməsinə yeni imkanlar açıb. Bundan başqa, 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir maddi-texniki təchizat qəzetlərin yüksək poliqrafik keyfiyyətlə nəşrinə şərait yaradıb. Hazırda muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, universitet televiziya və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir, kütləvi informasiya vasitələrində 400-dən artıq əməkdaş çalışır və onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.

“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova “Naxçıvanda mətbuatın inkişafı zəngin ənənələrə və demokratik prinsiplərə əsaslanır” mövzusunda çıxış edərək vurğulayıb ki, bir əsrə yaxın tarixə malik, böyük qəzetçilik məktəbi kimi formalaşan “Şərq qapısı” XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyimizin əldə olunmasına və dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini verib. Qəzet Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşüb. Qeyd olunub ki, bu gün muxtar respublikada nümunəvi mətbuatın fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Qəzet www.serqqapisi.az saytı vasitəsilə dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməkdədir.

Naxçıvanda jurnalistikanın müasir inkişafından danışan baş redaktor vurğulayıb ki, Ali Məclis Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Naxçıvanda medianın inkişafında yeni mərhələnin əsasını qoyub. Bir əsrə yaxın şərəfli inkişaf yolu keçən, muxtar respublika mətbuatı diyarımızın tarixinin salnamələşdirilməsi üçün bundan sonra da var qüvvəsini əsirgəməyəcək.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Şərqi-Rus” qəzeti və Naxçıvan ədəbi mühiti” mövzusunda çıxış edərək bildirib ki, böyük naşir Məhəmməd ağa Şahtaxtlı 1903-cü il martın 30-da əsrin ilk anadilli mətbuat nümunəsi sayılan “Şərqi-Rus” qəzetinin nəşri ilə Azərbaycanın ictimai fikir və milli mətbuat tarixində mühüm mərhələnin əsasını qoyub. O zaman Azərbaycanda mətbuat sahəsində çalışan olmadığı üçün Məhəmməd ağa Şahtaxtlı bu işdə varlığı ilə bağlı olduğu doğma Naxçıvandakı həmyerlilərinin gücündən daha çox istifadə etməyə çalışıb. Qəzet öz səhifələrində Naxçıvan hadisələrinə geniş yer verdiyi kimi, ədəbi mühitə də qayğı göstərir, nəzm və nəsr yazanları həvəsləndirib.

Sonra məruzələr ətrafında çıxışlar olub. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransın yekununda mətbuatın inkişafına göstərilən qayğıya görə iştirakçılar adından dövlətimizə minnətdarlığını bildirib.

Qeyd edək ki, onlayn elmi konfransda AMEA Naxçıvan Bölməsinin əməkdaşları, muxtar respublikanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri, Naxçıvan Dövlət Universitetinin Jurnalistika və kitabxanaçılıq kafedrasının müəllim və tələbələri iştirak ediblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır