İQTİSADİYYAT


Azərbaycan sahibkarları “Moldova Biznes Həftəsi 2017”yə dəvət olunurlar

Bakı, 18 avqust, AZƏRTAC

Sahibkarlar oktyabrın 3-6-da Moldovanın paytaxtı Kişineu şəhərində ölkənin ən əlamətdar iqtisadi hadisəsi – işgüzar mühit, sərmayə və ixracın təşviqinə həsr olunmuş IV "Moldova Biznes Həftəsi 2017" tədbirinə dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, "Moldova Biznes Həftəsi 2017" ikitərəfli görüşlər formatında təşkil olunan tədbirlər və müzakirələr, o cümlədən potensial tərəfdaşlarla birbaşa əlaqə, eləcə də investisiya sahəsində plan və son tendensiyalar üzrə bir sıra sessiyalar, sərmayəçilər üçün imkanlar, habelə Moldovada biznesin təşkili və inkişafı əməliyyatlarının araşdırılması üçün platformadır.

Dörd gün ərzində "Moldova Biznes Həftəsi 2017" milli və beynəlxalq səviyyədə avtomobil, enerji, kənd təsərrüfatı məhsulları, təhsil, tikinti, emal, turizm, informasiya və kommunikasiya texnologiyayaları, ticarət, tekstil, geyim və ayaqqabı sahəsində fəaliyyət göstərən müxtəlif ölçülü müəssisə və institutlardan olan iş adamları, sərmayəçilər, siyasi dairələr və sənaye liderlərini, eləcə də inkişaf tərəfdaşları və diplomatik korpus nümayəndələrini bir araya toplayacaq. "Moldova Biznes Həftəsi 2017"nin ümumi təşkilatçıları Moldova İqtisadiyyat və İnfrastruktura Nazirliyi və Moldova İnvestisiya və İxracın Təşviqi Təşkilatıdır (MIEPO).

Qeyd edək ki, Moldova özünün rəqabətli işgüzar mühiti, habelə təhsilli, gənc və çoxdilli əhalisi sayəsində beynəlxalq şirkətlərə Avropa və MDB bazarlarına çıxış imkanı verməklə yanaşı, onların əməliyyat xərclərini optimallaşdıran, rəqabətli məvacib mühitində bacarıqlı əmək qüvvəsini aşkar edən və ya şirkətin yerdəyişməsindən asılı olmayaraq paylayıcı şəbəkə, yaxud toplaşma məntəqələrinə yaxınlığını təmin edən məkandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.