İQTİSADİYYAT


Azərbaycan sahibkarları bu il Dubay, Çin və Moskvadakı beynəlxalq sərgilərə qatılacaqlar

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan sahibkarları 2021-ci ildə Dubay, Çin və Moskvada keçiriləcək beynəlxalq sərgilərdə iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Y.Abdullayev qeyd edib ki, fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq qida sərgisi, martın 21-27-də Çin Xalq Respublikasının Çenqdu şəhərində “Şərab və spirtli içkilər” sərgisi, martın 30-dan aprelin 2-dək Moskvada “Mosbuild” beynəlxalq tikinti materialları sərgisi açılacaq. Sərgilər çərçivəsində sahibkarlar görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.