İDMAN


Azərbaycan taekvondoçusu Fuad Məhərləmli dünya birinciliyində bürünc medal qazanıb

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə taekvondoçular arasında dünya birinciliyində daha bir medal qazanıb.

AZƏRTAC xəbər verir ki, mundialın üçüncü günündə millinin üzvü Fuad Məhərləmli bürünc mükafata sahib olub. Belə ki, 45 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız mübarizəyə 1/32 finaldan başlayıb. O, ardıcıl olaraq Əhməd Əl-Rababaanı (İordaniya) və Karlo Olyeviçi (Xorvatiya) 2:0 hesabı ilə məğlub edərək səkkizdəbir finala yüksəlib. F.Məhərləmli növbəti mərhələyə döyüş keçirmədən vəsiqə qazanıb. Buna Çin Taypeyindən olan Vey-Juan Vanqın döyüşə çıxmaması səbəb olub. Təmsilçimiz dörddəbir finalda qazaxıstanlı Beket Bolatulini sınağa çəkib. Gərgin keçən görüşdən F.Məhərləmli qalib ayrılıb - 2:1. O, yarımfinalda finalda Minqyu Kimlə (Cənubi Koreya) üz-üzə gəlib və bu dəfə dayanqdan rəqib üstün ayrılıb. Nəticədə, təmsilçimiz dünya birinciliyini üçüncü yerdə başa vurub.

Bu, Azərbaycan yığmasının mundialda qazandığı ikinci medal olub. F.Məhərləmlidən əvvəl Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna yiyələnib.

Yarış iyulun 31-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.