ELM VƏ TƏHSİL


“Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı” mövzusunda konfrans keçiriləcək

Bakı, 17 aprel, AZƏRTAC 

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli alim Həmid Araslının 110 illik yubileyinə həsr olunan “Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı” mövzusunda elmi konfrans keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən təşkil olunacaq.

Konfransda Azərbaycan ədəbiyyatşünaslığının, dilimizin, ədəbiyyat tariximizin, folklorşünaslığımızın inkişafında misilsiz xidmətləri olan akademikin misilsiz xidmətlərindən söz açılacaq. Həmçinin çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən H.Araslının həyat və yaradıcılığından bəhs edən məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.