İQTİSADİYYAT


Azərbaycanda enerji təchizatı 100 faizə çatdırılıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Həyata keçirilmiş tədbirlər nəticəsində respublika üzrə elektrik enerjisi və sayğaclarla təmin edilmə 100 faiz olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi zərfində deyilir.

2018-ci ildə “Azərişıq” ASC tərəfindən istehlakçılara 16 milyard 954 milyon kilovat/saat elektrik enerjisi satılıb ki, onun da 6 milyard 683 milyon kilovat/saat (ümumi istehlakçıların 39,4 faizini təşkil edib) əhali qrupuna aiddir.

Büdcə zərfinə görə, bu ilin birinci yarısında 8 milyard 559,8 milyon kilovat/saat elektrik enerjisi satılıb, onun da 3 milyard 478,7 milyon kilovat/saatı (40,6 faizi) əhali qrupunun payına düşür.

Həmçinin elektrik enerjisi ilə təmin olunan abunəçilərin sayı 2017-ci illə müqayisədə 59 min 308 vahid artaraq ötən ilin sonuna 2 milyon 613 min 813 vahid, bu il iyulun 1-nə isə 2 milyon 645 min 72 vahid təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.