İQTİSADİYYAT


Azərbaycanda iyunda keçiriləcək hərraca 43 dövlət əmlakı çıxarılıb

Bakı, 25 may, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 14-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərraca 43 dövlət əmlakı çıxarılıb. Bunlardan 12-si kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 30-u isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri arasında iaşə obyekti, yardımçı təsərrüfat, yun tədarükü məntəqəsi var. Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyətini torpaq sahələri ilə birgə özəlləşdirmək mümkündür. Əmlakların ümumi faydalı sahəsi 16 kvadratmetrlə 9297 kvadratmetr arasında dəyişir.

Nəqliyyat vasitələrinin markaları da müxtəlifdir. Hərraca çıxarılan 30 avtomobilin ilkin start qiyməti 1500 manatla 6750 manat arasındadır. İstehsal tarixləri isə 1970-2011-ci illəri əhatə edir.

Tam siyahı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3mmNVpB).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Xidmətin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.