Azərbaycanda kompyuterləri kənar müdaxilələrdən qorumaq üçün proqram hazırlanıb VİDEO
AzerTAg.az

Bakı, 22 yanvar, Aygün Həsənova, AZƏRTAC
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompyuter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi yeni proqram hazırlayıb.
Mərkəzdən AZƏRTAC –a bildiriblər ki, kompyuterləri kənar müdaxilələrdən qorumaq üçün nəzərdə tutulan ilk proqram təminatı - Multifunksional Analiz Proqramının apreldə istifadəyə verilməsi planlaşdırılır.
Bu proqram virus aşkarlama motoru, proses və trafik analizləri modulu, zərərverici raporlama və digər bu kimi funksionallıqlarla fəaliyyət göstərəcək.
2008-ci ilin aprelində yaradılan mərkəz 2011-ci ildə FİRST, 2012-ci ildə CERT C/C və TF-CSİRT, 2013-cü ildə OİC-CERT beynəlxalq təşkilatlarına tam hüquqlu üzv olub. Ümumilikdə bu mərkəz 6 beynəlxalq təşkilat, 9 ölkə, 1 institut, 5 laboratoriya olmaqla 21 müxtəlif mərkəzlə qarşılıqlı razılaşma əsasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq edir.
Kompyuter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (cert.gov.az) statik və dinamik xidmətlərlə hazırda 12 istiqamətdə fəaliyyət göstərir.
Xəbərin mətnində orfoqrafik səhv var