CƏMİYYƏT


Azərbaycanda koronavirusdan 142 nəfər sağalıb, 156 yeni yoluxma faktı qeydə alınıb

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 142 nəfər müalicə olunaraq sağalıb, 156 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 233 min 129 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 227 min 761 nəfər müalicə olunaraq sağalıb, 3198 nəfər vəfat edib. Aktiv xəstə sayı 2170 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 551 min 116 test aparılıb. Bugünkü test sayı isə 7236-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.