İQTİSADİYYAT


Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb

Bakı, 31 mart, AZƏRTAC

Yanvar-fevral aylarında ölkədə 105 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 111 ədəd az minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 77,1 milyon manatlıq məhsul istehsal edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 5,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı 43,3 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.