İQTİSADİYYAT


Azərbaycanda ümumi enerji istehlakı 13,9 milyon ton neft ekvivalenti olub

Azərbaycanda ümumi enerji istehlakı 13,9 milyon ton neft ekvivalenti olub

Bakı, 20 iyun, Nihad Budaqov, AZƏRTAC 

Ötən il Azərbaycanda əsas enerji mənbələri üzrə ümumi istehlak 13,9 milyon ton neft ekvivalenti olub.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin illik statistik hesabatında deyilir. Bildirilir ki, Azərbaycanın əsas enerji istehlakında 4,4 milyon ton neft ekvivalentini neft, 9,1 milyon ton neft ekvivalentini təbii qaz, 0,4 milyon ton neft ekvivalentini isə hidroelektrik enerjisi tutub.

Xəzəryanı ölkələrdən Rusiyanın enerji istehlakı keçən il 698,3 milyon ton neft ekvivalenti, İranın 275,4 milyon ton, Qazaxıstanın 67,4 milyon ton, Türkmənistanın isə 31,7 milyon ton neft ekvivalenti təşkil edib.

İllik enerji istehlakına görə dünyada ilk sırada 3 milyard 132,2 milyon ton neft ekvivalenti ilə Çin, ikinci yerdə 2 milyard 234,9 milyon tonla ABŞ, üçüncü sırada isə Rusiya qərarlaşıb. Hesabata görə, dünyada illik enerji istehlakı ən az ölkə 7,7 milyon ton neft ekvivalenti ilə Şri-Lankadır.

Keçən il qlobal enerji istehlakı 13 milyard 511,2 milyon ton neft ekvivalenti olub. Bu həcmin 5 milyard 605 milyon tonu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə, 7 milyard 906,1 milyon tonu qeyri-OECD ölkələrində, 1 milyard 689,2 milyon ton neft ekvivalenti isə Avropa İttifaqında formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.