İQTİSADİYYAT


Azərbaycandakı fәrdi sahibkarların sayı 1 milyonu ötüb

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 1-i vәziyyәtinә hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәti ilә mәşğul olmaq üçün qeydiyyatdan keçmiş fәrdi sahibkarların sayı 1 milyonu keçib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründә hәr 4 fәrdi sahibkardan 3-ü “Kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq”, “Ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri”, “Digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi” vә “Nәqliyyat vә anbar tәsәrrüfatı” sahәlәri üzrә qeydiyyatdan keçib. Sahibkarlıqla mәşğul olmaq niyyәtindә olan fәrdi sahibkarların әsas hissәsi Bakıda (28 faiz), Aran (21,6 faiz), Gәncә-Qazax (13,7 faiz) vә Lәnkәran (9,6 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fәrdi sahibkarların 78,7 faizini kişilәr, 21,3 faizini isә qadınlar tәşkil edib.

Qadınlar “Digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi” fәaliyyәt növündә mövcud sahibkarların ümumi sayının 30,6 faizini, “Kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq” fәaliyyәt sahәsindә 24 faizini, “Ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri” fәaliyyәt sahәsindә isә 20,8 faizini tәşkil edir. Sahibkar qadınların 30,9 faizi Bakıda, 18,1 faizi Aran, 16,1 faizi Gәncә-Qazax, qalanları isә digәr iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fәrdi sahibkarların cins tәrkibinin regionlar üzrә say bölgüsündәn aydın olur ki, Bakıda (23,5 faiz), Naxçıvan Muxtar Respublikasında (22,1 faiz), Gәncә-Qazax (25 faiz) vә Lәnkәran (21,7 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkә üzrә orta göstәricidәn yuxarıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.