İQTİSADİYYAT


Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac olunub

Bakı, 19 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında ölkədən 79 min 114 ton meyvə-tərəvəz ixrac olunub.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 75 milyon 972 min ABŞ dolları olub.

Xatırladaq ki, yanvarda Azərbaycana dəyəri 58 milyon 418 min dollar olmaqla 57 min 273 ton meyvə-tərəvəz ixrac edilib. Eyni zamanda, bu ilin ilk iki ayında 70 min 70 ton meyvə-tərəvəz idxal olunub. İdxal edilən meyvə-tərəvəzin dəyəri 36 milyon 359 min dollar təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.