CƏMİYYƏT
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları şəhid ailəsinin qayğıları ilə maraqlanıblar
Tbilisi, 26 sentyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri, polkovnik-leytenant Fuad İbrahimov və müavini, mayor Elcan İmamverdiyev Bolnisi rayonunun Zol-Güvəc kəndində olub, torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elşən Məmmədovun ailəsinə baş çəkiblər.
AZƏRTAC xəbər verir ki, diplomatlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu bildiriblər.
Görüşdə şəhid E.Məmmədovun həyat yolundan, hərbi xidmətdəki nümunəvi davranışından bəhs olunub.
Şəhidin atası Vaqif Məmmədov göstərilən diqqət və qayğıya görə, Azərbaycan Prezidentinə minnətdarlıq edib. Bildirib ki, şəhidlərə, onların ailələrinə göstərilən diqqət və qayğı gənc nəslin vətənpərvər ruhda böyüməsində mühüm rol oynayır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi