CƏMİYYƏT


Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum Avstraliyadakı soydaşlarımızı qəzəbləndirib

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum Avstraliyadakı soydaşlarımızı qəzəbləndirib

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücum Avstraliyada yaşayan Azərbaycan icmasında böyük qəzəb doğurub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Avstraliya-Azərbaycan Assosiasiyası, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyası, Kvinslenddə Azərbaycanın Milli Assosiasiyası, Kvinslend Azərbaycanlıları Cəmiyyəti, Viktoriya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyası və Viktoriya-Azərbaycan “Varlıq” Qrupunun yaydığı bəyanatlarda səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı şiddətlə pislənib.

Bəyanatlarda İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmadığı, 40 milyon soydaşımızın hüquqlarının davamlı olaraq pozulduğu xatırladılıb. Bəyanatda həmçinin İranın Azərbaycana münasibətdə Ermənistanla eyni mövqedən çıxış etdiyi, ölkəmizin sərhədləri daxilində davamlı olaraq qanunsuz əməllər törətdiyi, son vaxtlar 27 İran vətəndaşının Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlərlə Qarabağ ərazisində olan separatçılara qoşulduğu nəzərə çatdırılıb.

Soydaşlarımız Avstraliya ictimaiyyətini və beynəlxalq birliyi regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa və təcili tədbirlər görməyə çağırıb.

Bəyanatlar Birləşmiş Millətlər Təşkilatına, Avstraliya İttifaqının Xarici İşlər Nazirliyinə, Avstraliyanın İmmiqrasiya, Vətəndaşlıq və Multikulturalizm Nazirliyinə, Avstraliya Parlamentinə, Avstraliya Yəhudi Assosiasiyasına, eləcə də “Sky News”, “ABC News” telekanallarına göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.