SİYASƏT


Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib

Bakı, 25 aprel, AZƏRTAC

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunda Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hərbi qulluqçular əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını, sonra isə Bakının Nərimanov rayonunda ucaldılmış abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad edərək gül dəstələri qoyublar.

Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər A.Aqarunovun şərəfli həyat yolundan danışaraq, onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqları xatırlayıblar. Bildirilib ki, qəhrəmanımız öz vətəninin müstəqilliyi uğrunda canını fəda etmişdir.

Qeyd edək ki, Dağlıq Qarabağda döyüşlər başlayarkən könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci ilin mayın 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.