CƏMİYYƏT


Azərbaycanın Misirdəki diasporunun rəhbəri təltif olunub

Qahirə, 7 fevral, AZƏRTAC

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov Misir parlamenti sədrinin birinci müavini və Seyyidlər həmkarlar ittifaqının sədri əl-Seyyid əl-Şərif tərəfindən Azərbaycanla Misir arasında əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə təltif olunub.

Qeyd edək ki, S.Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır. Onun çoxlu sayda elmi və publisist məqalələri ərəb və Azərbaycan dillərində dərc olunub. Qahirə Universitetində Azərbaycan dilini tədris edir.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.