SİYASƏT


Azərbaycanın Təbrizdəki baş konsulu İranın Ərdəbil vilayətində bir sıra rəsmi görüşlər keçirmişdir

Tehran, 26 dekabr (AZƏRTAC). Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Ərdəbil vilayətinin yeni təyin olunmuş valisi Məcid Xudabəxş ilə görüşmüşdür.

Ə.Əlizadə Ərdəbilin ölkələrimiz arasındakı əlaqələrin inkişafında mühüm rola malik vilayətlərdən biri olduğunu söyləmişdir. Bu il Azərbaycanda və İranda keçirilmiş prezident seçkilərinin hər iki ölkə xalqlarının iradəsini ifadə etdiyini deyən baş konsul Ərdəbil vilayətinin bundan sonra da Azərbaycan-İran əlaqələrinə öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir.

M.Xudabəxş İranın və onun şimal bölgəsi olan Ərdəbil vilayətinin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə hər zaman hazır olduğunu diqqətə çatdırmışdır. Əlaqələrin inkişafında medianın xüsusi rolunu vurğulayan vali bəzi özəl KİV-lərdə təhrif edilmiş və qeyri-dəqiq informasiyaların yayılmasının yaxşı hal olmadığını söyləmişdir.

Baş konsul səfər çərçivəsində, həmçinin İranın ali rəhbərinin Ərdəbil üzrə nümayəndəsi, vilayətin ədliyyə və gömrük idarələrinin baş direktorları, sərhəd qüvvələrinin komandiri, Xarici İşlər Nazirliyinin vilayət üzrə nümayəndəsi, Səreyn şəhər bələdiyyəsinin sədri və Şəhər Şurasının üzvləri, İranın Biləsuvar şəhərinin fərmandarı ilə də görüşmüş, Biləsuvar gömrük-keçid məntəqəsinə baş çəkmişdir.

Görüşlərdə əlaqələrin daha da inkişafı, birgə iqtisadi, elmi, mədəni layihələrin həyata keçirilməsinin davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.