Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanın dəmir yolu öz inkişaf tarixinin yeni mərhələsini yaşayır

Azərbaycanın dəmir yolu öz inkişaf tarixinin yeni mərhələsini yaşayır

Bakı, 12 oktyabr (AZƏRTAC). Prezident İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan dəmiryolçularının peşə bayramı günü təsis olunmuşdur. Artıq 9 ildir ki, hər il oktyabrın 13-də ölkəmizin dəmiryolçuları öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramı ərəfəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərov AZƏRTAC-ın suallarını cavablandırmışdır.

- Arif müəllim, Azərbaycan dəmir yolunun tarixi haqqında qısaca məlumat verməyinizi xahiş edirik.

- Azərbaycanda dəmir yolunun yaranması XIX əsrin sonlarına təsadüf edir. Ölkəmizdə dəmir yolunun təməli 1878-ci ildə qoyulmuşdur. 1880-ci ilin yanvar ayında uzunluğu 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolu istifadəyə verilmişdir.

Həmin vaxtdan başlayaraq Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbata uyğun inkişaf etmiş və təkmilləşmişdir. Hazırda baş yolların ümumi uzunluğu 2898,9 kilometr, istismar uzunluğu 2068,1 kilometrdir ki, onların da 802,3 kilometri qoşayolludur. Dəmir yollarının 1229,5 kilometri və ya 68,2 faizi elektrikləşdirilmiş, 1527,7 kilometri avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir.

Azərbaycanın polad magistralı fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1955-ci il 13 oktyabr tarixli qərarı ilə Azərbaycan Dəmir Yolu müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev dəmir yolu işçiləri gününü təsis edərkən məhz bu tarixi əsas götürmüşdür.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yollarının texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan dəmir yolu infrastrukturuna daxil olan mühüm obyektlərin böyük əksəriyyəti məhz həmin illərdə yaradılmışdır. Ulu Öndərin qayğısının nəticəsi olaraq dəmir yolunda baş verən yenilikləri sadalamaqla qurtarmaz. Məhz bu illərdə 14300 yeni texniki metod tətbiq edilmiş və bu, dəmir yolunun bütün sahələrini əhatə etmişdir. Ulu Öndərin respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də keçmiş SSRİ hökumətində yüksək vəzifə tutduğu 1983-1987-ci illərdə Azərbaycan dəmir yolu müasir texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz olunmuşdur. Həmin illərdə Azərbaycanın yüzlərlə ən yaxşı dəmiryolçusu orden və medallarla təltif edilmişdir ki, bu da Ümummilli Lider tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərilən böyük qayğı və diqqətin təzahürlərindən biridir. Digər sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan şəxslərin böyük əksəriyyəti məhz böyük siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə 1970-1987-ci illərdə xaricdə təhsil almış mütəxəssislərdir.

Bunlar sadəcə xronologiya və adi faktlar deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, Ümummilli Liderin zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasına yönəlmişdir.

- Prezident İlham Əliyevin 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramın icrası istiqamətində hansı işlər görülür?

- Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri həyata keçirilir. İndiyədək 282 kilometr yol əsaslı təmir olunmuş və 227 kilometr yol uzunölçülü relslərlə əvəzlənmişdir. Elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması istiqamətində intensiv iş aparılır. Yeni lokomotivlərin və müxtəlif təyinatlı vaqonların alınması da gündəmdədir.

“Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi” layihəsi çərçivəsində 450 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanmışdır. Sentyabr ayında ilkin kreditə əlavə olaraq 220 milyon ABŞ dolları məbləğində daha bir saziş bağlanmışdır. Əlavə maliyyələşdirmə vəsaitləri əsasən Bakıdan Gürcüstan sərhədinə qədər yolun sabit cərəyandan dəyişən cərəyana keçidinə və işarəvermə sisteminin yenidən qurulmasına yönəldiləcəkdir.

Saloğlu-Poylu mənzilinin 73-cü kilometrliyində Kür çayı üzərində ikinci körpünun və körpü üzərindən keçən dəmir yolu xəttinin tikintisi, Çarxı-Sarvan mənzilinin 2508-ci kilometrliyində Vəlvələçay üzərində yerləşən dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin 98-ci kilometrliyində Araz çayı üzərindəki metal körpünün rekonstruksiyası da görülən işlər sırasındadır.

Dünya Bankının layihəsi çərçivəsində Bakı-Böyük Kəsik sahəsində dəyişən cərəyanlı elektrik sisteminə keçid və bu sistemlə işləyən 50 yeni lokomotivin alınması istiqamətində işlər davam etdirilir.

Avstriyadan alınmış GSM 09-32, RM-80 və USP-2000 markalı müasir yol təmiri maşınlarının fəaliyyəti və onların saxlanması üçün Biləcəridə tikilən anqarda işlər başa çatmaq üzrədir. Ötən il fevralın 22-də Salyan Rels-Qaynaqlama Qatarında 800 metrlik uzunölçülü relslərin hazırlanıb daşınmasına start verilmiş, iyulun 4-də Qızılca qırmadaş zavodunun ikinci istehsal xətti və yeni bunker işə salınmışdır.

Sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində də mühüm işlər görülür. Keçən il martın 1-dən Bakı sərnişin stansiyasında biletlərin pulunun bilet kassalarında quraşdırılmış pos-terminallar vasitəsilə nağdsız ödəniş sistemi tətbiq edilmişdir.

- QSC-nin vaqon parkının yenilənməsi istiqamətində hansı işlər görülür?

- “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planında bütün sahələrin, o cümlədən vaqon təsərrüfatının inkişafı üçün bütün məqamlar nəzərə alınmışdır. “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 60 sərnişin vaqonu Ukraynaya təmirə göndərilmişdir. İndiyədək 46 vaqon təmir olunaraq geri qaytarılmışdır. Eyni zamanda, təmir üçün Rusiya Federasiyasının Voronej şəhərinə göndərilmiş 16 vaqondan 6-sı artıq ölkəmizə gətirilmişdir. Hazırda Bakı-Tbilisi, Bakı-Moskva, Bakı-Xarkov və Bakı-Balakən sərnişin qatarları bu vaqonlardan tərtib olunmuşdur.

Neft və neft məhsullarının daşınması üçün 300 yeni çən vaqonlarının, quru yüklərin daşınması üçün vaqonların, yük vaqonlarının əsaslı təmiri üçün avadanlıq və ehtiyat hissələrinin alınması, Bakı vaqon deposunda sərnişin vaqonlarının əsaslı təmir bazasının yaradılması da gündəmdə olan məsələlərdəndir.

- Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Bakı-Tbilisi-Qars dəmir yolu çox önəmli beynəlxalq layihədir. Bu layihənin reallaşması Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaqdır.

Bakı-Tbilisi-Qars dəmir yolunun birinci və ikinci mərhələsi tamamlanmışdır və hazırda üçüncü mərhələ həyata keçirilir. Eyni zamanda, Gürcüstan və Türkiyə arasında 4,3 kilometr uzunluğunda tunelin tikintisi davam etdirilir. Yolun Türkiyə hissəsində 2,2 kilometr məsafədə işlər başa çatdırılmışdır. Gürcüstan sərhədindəki Kartsaxi stansiyasında 18 kilometr yeni yol və stansiyada manevr aparmaq üçün 7 yol çəkilmişdir.

Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Dəmiryolservis” MMC podratçı təşkilat kimi iştirak edir. Layihə tam olaraq 2014-cü ildə istismara veriləcəkdir.

- Dəmir yolunun xüsusi mühafizə zolağındakı qeyri-qanuni tikililərin taleyi necə olacaqdır?

- Bu məsələ “Nəqliyyat haqqında“ qanunun, Torpaq Məcəlləsinin və “Nəqliyyat Nazirliyi haqqında əsasnamə“nin tələblərinə uyğun olaraq Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 23 fevral tarixli qərarı ilə tənzimlənir. Sənəddə qeyd edilir ki, xüsusi mühafizə zonasının hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Burada müəyyən obyektin yerləşdirilməsi yalnız Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmi icazə əsasında həyata keçirilə bilər.

Bütövlükdə respublika üzrə dəmir yolunun mühafizə zolağında 2840 qeyri-qanuni tikili vardır. Onlardan 538-i qeyri-yaşayış, 2302-i isə yaşayış sahəsidir. Nəqliyyat Nazirliyinin müvafiq komissiyası 881 evin sökülməsini təxirəsalınmaz hesab etmişdir və bununla bağlı son qərar Nazirlər Kabineti tərəfindən veriləcəkdir.

- Dəmir yolu işçiləri özlərinin peşə bayramlarını hansı əhval-ruhiyyə ilə qeyd edirlər? Azərbaycan dəmir yolunun sabahını necə görürsünüz?

- Azərbaycan dəmiryolçularını və bütün həmkarlarımı peşə bayramları münasibətilə ürəkdən təbrik edirəm. Dəmir yolu ölkə üçün həyati əhəmiyyətə malik bir sahədir. Ötən 9 ayda Azərbaycanın dəmir yolu ilə 17 milyon ton yük, 1,9 milyon nəfər sərnişin daşınmışdır. Dəmiryolçularımız bu göstəricilərlə və əldə olunan nailiyyətlərlə kifayətlənmirlər. Kollektivimiz üzərinə düşən vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanlarından səmərəli istifadə etmək, yüksək etimadı əməli işlərlə doğrultmaq əzmindədir. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” dəmir yolunun inkişafı üçün geniş imkanlar açır, böyük perspektivlər vəd edir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası “Azərbaycan Dəmir Yolları” QSC-ni dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında layiqli yerə çıxaracaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb