Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşaqların saxlanması üçün alimentin tutulması məsələsi həmişə Ali Məhkəmənin diqqətində – MÜSAHİBƏ

Uşaqların saxlanması üçün alimentin tutulması məsələsi həmişə Ali Məhkəmənin diqqətində –  MÜSAHİBƏ

Bakı, 5 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimi Elşanə Vəliyevanın AZƏRTAC-a müsahibəsi.

- Elşanə xanım, son dövrlər mülki məhkəmə icraatı qaydasında baxılan işlər arasında ailə münasibətlərindən irəli gələn mübahisələrin sayı artmaqdadır. Bu kateqoriyadan olan işlər arasında isə yetkinlik yaşına çatmayan uşaqlar üçün valideynlərdən alimentin tutulması tələblərinin xüsusi yeri var. Bu tələblərə məhkəmələrdə baxılmasının xüsusiyyətləri nədir?

- Həqiqətən də, son illərdə boşanmaların sayı xeyli artıb. Təəssüflər olsun ki, boşanmalardan həm mənəvi, həm də maddi zərər çəkən əsas tərəf uşaqlar olur. Onlar mənəvi travmalar almaqla yanaşı, valideynlərin bir-birinə olan pis münasibəti səbəbindən müəyyən maddi sıxıntılar çəkirlər. Azərbaycan Respublikasının Konstitusiyasında da cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması, ər ilə arvadın hüquqlarının bərabərliyi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması təsbit edilib. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsi müəyyən edir ki, valideynlər öz uşaqlarını saxlamağa borcludurlar. Ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilib:

- könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş);

- məcburi - məhkəmə qərarı əsasında.

Təbii ki, uşaqlarını saxlamaq qaydasını və formasını valideynlər müstəqil müəyyən edirlər və aliment ödənilməsi barədə saziş bağlamaq hüququna malikdirlər. Lakin əgər valideynlər uşaqlarını saxlamırsa və ya aralarında bu barədə notarial qaydada bağlanmış saziş yoxdursa, uşaqlar üçün valideynlərdən aliment məhkəmə qaydasında tutulur. Bu zaman iddianı uşaq yanında qalan valideyn və ya əgər hər iki valideyn uşağını saxlamırsa, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları qaldırır. Ər-arvad arasında nikah pozulmadığı halda belə, valideynlərdən biri uşaqların saxlanılmasında iştirak etmirsə, yanında uşaq qalan valideyn bu barədə iddia verə bilər. Nikahın pozulması barədə işlərə baxıldıqda isə qanunun tələbinə əsasən məhkəmələr bu barədə ayrıca tələb olub-olmamasından asılı olmayaraq, uşağın hansı valideynin yanında qalması və həmin uşağa digər valideyndən aliment tutulması məsələsini həll etməlidir.

Aliment tutulması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (Mülki Prosessual Məcəllənin 36.3-cü maddəsi). Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Alimentin tutulmasına dair işlərə 2 ay müddətində baxılır.

Aliment tutulması barədə qətnamələr Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinin tələbinə müvafiq olaraq dərhal icra edilir.

Qeyd etmək lazımdır ki, uşaqların saxlanması üçün alimentin tutulması məsələ həmişə Ali Məhkəmənin diqqətində olub. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2016-cı il 28 mart tarixli qərarı, həmçinin Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə qərardadı qəbul edilib.

- Aliment məbləği necə müəyyən edilir? İş yeri, qazancı və gəliri olmayan valideyndən aliment tutula bilərmi?

- Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib:

- aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında;

- sabit pul məbləğində.

Ailə Məcəllənin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növləri Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli Qərarı ilə müəyyənləşdirilib. Həmin Qərarda aliment tutulan gəlirlərin nədən ibarət olduğu və aliment tutulmayan gəlirlərin siyahısı dəqiq müəyyən edilib.

Qanunverici Ailə Məcəlləsinin 78-ci maddəsində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən edib:

aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa;

aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa;

aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa;

alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda.

Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.

Qanunvericinin müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunvericilik məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməyib.

Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən edib.

Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoyub. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergiödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Lakin aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilmir.

Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır.

Lakin nəzərə alınmalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

2024-cü il üçün minimum aliment məbləği 235 manat müəyyən edilib. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

Sualınıza cavab olaraq bildirirəm ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Lakin xeyrinə aliment tutulan valideyn yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentdən hər hansı səbəbdən (məsələn, özü uşağı saxlamaq iqtidarında olduğuna görə) imtina edə bilər. Məhkəmə bu zaman uşaqla qalan valideynin uşağı tam təmin etmək iqtidarında olub-olmadığını öyrənməli və həmin imtinanın uşağın maddi vəziyyətini pisləşdirməyəcəyinə əmin olmalıdır.

Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan hallarda isə aliment əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər.

- Məhkəmə qətnaməsi ilə tutulan alimentin miqdarının sonradan dəyişdirilməsi, artırılıb, azaldılması mümkündürmü və bunun şərtləri nələrdir?

- Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bunun üçün verilən iddia tələbləri araşdırılarkən məhkəmələr alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alır.

Ailə vəziyyətindəki dəyişiklik nədir: yenidən ailə qurması, uşaqlarının olması, digər uşaqlara da aliment ödəməsi və s.

Maddi vəziyyətindəki dəyişiklik: iş yerinin itirilməsi, əməkhaqqının dəyişməsi, maddi imkanlarının artıb, azalması və s.

Məhkəmənin müəyyənləşdirdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

- Bəzən yüksək gəliri olan valideyndən tutulan alimentin miqdarı uşağın maddi təminatına yetərli olan vəsaitdən qat-qat artıq ola bilər. Belə olan halda, qanunvericilik həmin alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə imkan nəzərdə tutur. Bu məsələ məhkəmələrdə necə həll olunur?

- Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Lakin maddədə bu məsələsinə hansı prosessual icraat çərçivəsində baxılmalı olması və baxılarkən nələrin diqqətə alınması qeyd edilməyib. Buna görə də, Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edilərək məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə bu məsələyə baxılaraq, 2023-cü il 8 dekabr tarixli qərardad qəbul edilib. Bu qərardad Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi kontekstində, ödənilən alimentlərin idarə edilməsi və təyinatı ilə əlaqədar hüquqi mexanizmləri aydınlaşdırıb, həmçinin prosedurların daha da şəffaf və qanun çərçivəsində həyata keçirilməsini təmin edib.

Həmin qərardadla müəyyən edilib ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan, aliment məbləğinin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbi ayrıca müstəqil tələb deyil, alimentin tutulması barədə məhkəmə qətnaməsinin icrası qaydasıdır.

Buna görə də, bu məsələ həm alimentin tutulması barədə qətnamədə, həm də alimentin tutulması barədə qətnamənin icrası mərhələsində həll edilə bilər. Yəni alimentin tutulması barədə müstəqil iddiaya baxılarkən və ya nikahın pozulmasına dair iddia çərçivəsində alimentin tutulması məsələsi həll edilərkən, aliment ödəməli olan tərəfin alimentin ödənilməsi qaydası ilə bağlı müraciəti olduqda, məhkəmə baxılan iddia çərçivəsində bu məsələyə hüquqi qiymət verməli və buna dair dəlillərlə razılaşdığı halda,

Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən icra qaydasını müəyyən edərək, alimentin hansı hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməli olduğunu qətnamənin nəticə hissəsində göstərməlidir.

Alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyən şəxsin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələbinə baxıldıqda, aliment yenidən tutulmur və ya onun məbləği müəyyən edilmir, yalnız alimentin bir hissəsinin hansı qaydada ödəniləcəyi müəyyən olunur. Buna görə də, bu müraciətə iddia icraatı qaydasında deyil, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılmaqla, müvafiq qərardad qəbul edilməlidir. Həmçinin alimentin ödənilməsinin müvafiq icra qaydası müəyyən edildikdən sonra uşaqların mənafeyi nəzərə alınmaqla mövcud qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, aliment alan şəxslərin bu barədə müraciətləri də eyni qaydada, yəni Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılaraq, həll edilməlidir. Lakin qeyd edilənlərdən fərqli olaraq, uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.

- Bəs hansı hallarda və şərtlərdə bu cür müraciətlər təmin edilə bilər?

- Aliment uşağa məxsus olan vəsait sayılır. Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Ali Məhkəmənin Plenumunun 2016-cı il 28 mart tarixli Qərarında müəyyənləşdirilib ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır.

Biz qeyd etdik ki, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Buna görə də, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır.

Həmçinin müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edilə bilər. Belə olan halda isə müraciət edən şəxs bu halların mövcudluğunu sübut etməlidir. Bu zaman nəzərə alınır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda həmin məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur.

- Aliment ödəməyən valideynlərin hansı məsuliyyəti var?

- Alimentin ödənilməməsi, məhkəmə qərarını icra edilməməsi cinayət və inzibati məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçiliyə görə cinayət məsuliyyəti nəzərdə tutub. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati tənbeh nəzərdə tutulub.

İnzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxs, cəzasını çəkdikdən sonra aliment ödənilməsini davam etdirməlidir. Məsuliyyətə cəlbetmə heç bir halda aliment öhdəliyini aradan qaldırmır. Aliment öhdəliyinin qəsdən yerinə yetirilməməsi, həmçinin şəxsin valideynlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. (Ailə Məcəlləsinin 64.0.2-ci maddəsi)

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub

Naxçıvanda avtomobil mikroavtobusla toqquşub, 3 nəfər xəsarət alıb

Almaniya Müdafiə Nazirliyi F126 freqatlarının inşası layihəsini dayandırmağı planlaşdırır

ABŞ Senatı İranla müharibə ilə bağlı Müharibə Səlahiyyətləri Qanununu dair qətnamə qəbul edib

Almaniyada dəmir yolu nəqliyyatının hərəkəti müvəqqəti dayandırılıb

Dünya çempionatı: İngiltərə-Qana oyununda hesab açılmayıb

Media: Avropa tənzimləyicisi “Airbus” təyyarələrində çatlar səbəbindən yoxlama tələb edib

ABŞ Prezidenti: Venesuela əməliyyatının xərclərini neft gəlirləri ilə dəfələrlə geri qaytarmışıq

Tramp İranla danışıqların gedişatından məmnun olduğunu bildirib

MDU-da elmi nəşr fəaliyyətində yeni mərhələ – beynəlxalq jurnalın rəsmi saytı təqdim edilib

BMT Körfəzdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayacaq

Faiq Əhməd: İncəsənətin əsasında hər zaman fikir dayanır

Əlilliyi olan uşaqların valideynləri üçün təlimlər təşkil edilib

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

Emin Məmmədov: Faiq Əhməd Azərbaycan xalça sənətini müasir incəsənətin dili ilə dünyaya tanıdır

Azərbaycan Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"

Bundestaqın deputatları Almaniyada hərbi sifarişlərin bahalaşmasından narahatdırlar

Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul edilən əməkdaşların andiçmə mərasimi olub

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Tramp: İranla bağlı işlər çox yaxşı gedir

ABŞ Dövlət katibi: Livanda baş verənlərlə bağlı birbaşa hökumət ilə danışıqlar aparacağıq

İrkutsk vilayəti Azərbaycanla əməkdaşlığı genişləndirir

Rubio: Heç bir ölkə beynəlxalq su yolunda rüsum tələb edə bilməz

“İrana Qasımova ilə poeziya klassikası” layihəsinin yubiley gecəsi Xurşidbanu Natəvana həsr olunub

“Eskizdən xalçaya”: Azərbaycan xalça sənətinə müasir baxış

Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik

Çexiya hökuməti praqmatik xarici iqtisadi siyasət yürüdəcək

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir VİDEO

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir VİDEO

Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

Əqrəblərin, ilanların və digər zəhərli sürünənlərin aktivliyi yayın əvvəlinə təsadüf edir - mütəxəssislərin rəyləri

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

İsmayıllıda kişi traktorun altında qalaraq ölüb

Bu saata olan əsas xəbərlər

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Çexiyada hakimiyyət qolları arasında mübahisə: Prezident Petr Pavel məhkəməyə müraciət edib

Azərbaycan Vikipediyası türk dillərində olan vikipediyalar arasında zəngin məzmunlu platformalardan biridir VİDEO

Azərbaycan Vikipediyası türk dillərində olan vikipediyalar arasında zəngin məzmunlu platformalardan biridir VİDEO

Ekspert: Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı regionun strateji əməkdaşlıq imkanlarını genişləndirir

Şəkidə Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin açılışı olub

Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO

Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO

Laçında keçirilən əmək yarmarkasında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib

SOCAR “Ağıllı şəhərsalma və sənaye həlləri” mövzusunda innovasiya müsabiqəsi elan edir

Anar Eminov: Universitetlərin rəqabəti binaların hündürlüyü ilə deyil, elmi təsirin dərinliyi ilə ölçülür

“Metropolitango Award” layihəsinin final mərhələsi reallaşıb

“Bitcoin”in qiyməti son 2 həftənin minimumuna enib

® “Azercell” və "Samsung”dan yeni kampaniya!

AzTU-nun 4000 məzunu "Baku Crystal Hall"da bir araya gəldi

Azərbaycan Çindən 4 ədəd sərnişin lokomotivi alır

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Siyasi şərhçi: Azərbaycan-Türkmənistan əməkdaşlığı enerji təhlükəsizliyi üçün yeni imkanlar yaradır

® “Evrika” liseyinin şagirdləri respublikada və beynəlxalq arenada böyük uğurlara imza atıblar

® “Bakcell” UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Beynəlxalq Enerji Agentliyi: Yaxın Şərq münaqişəsi qlobal enerji sektorunda uzunmüddətli izlər buraxacaq

Milli Məclisin komitələri geniş qanunvericilik paketini nəzərdən keçirib

Qazaxıstanda antiterror təlimləri təşkil olunacaq

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında insan hüquqları üzrə müvəkkilin sorğusuna baxılıb

® “PAŞA Bank” “Türk Hava Yolları” ilə eksklüziv əməkdaşlıq müddətini uzadıb

Azərbaycan regional logistika mərkəzinə çevriləcək ŞƏRH

Azərbaycan-Türkmənistan əlaqələrində iqtisadi və strateji tərəfdaşlıq güclənir – ŞƏRH

Azərbaycan nümayəndə heyəti Özbəkistanda beynəlxalq mədəniyyət tədbirlərində iştirak edəcək

“Aqroservis” ASC-nin rəhbəri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

AMEA ilə Albaniya Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb

Rafael Hüseynov: Azərbaycana tam dəstək verən ilk ümumdünya qurumu İslam Əməkdaşlıq Təşkilatıdır

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Xaçmazlı təsərrüfat sahibi: Dövlətin fermerlərə dəstəyi aqrar sahənin stimullaşdırılmasında mühüm rol oynayır VİDEO

Xaçmazlı təsərrüfat sahibi: Dövlətin fermerlərə dəstəyi aqrar sahənin stimullaşdırılmasında mühüm rol oynayır VİDEO

"Karvan-Yevlax" köhnə meydançanın bərpasını ilin sonunadək başa çatdırmağı planlaşdırır

Türkmənistan Prezidentinin ölkəmizə səfəri münasibətlərimizin strateji mahiyyətini bir daha təsdiqləyir RƏY

Azərbaycan elminə töhfə: Atropatan florasının 2595 növdən ibarət konspekti tərtib edilib

Türkiyənin Kırıkkale vilayətində sursat anbarında partlayış baş verib, ölənlər var

Vüqar Əsgərli: “İmişli”nin layihəsi mənim üçün maraqlı çağırış idi

Son 5 gündə Hörmüz boğazından 172 gəmi keçib

Qazaxıstanda Senat və Məclis sonuncu birgə iclasını keçirəcək

Xəyyam Məmmədov: Əlimizdə olan mövcud resurslardan səmərəli və rasional şəkildə istifadə etməliyik VİDEO

Xəyyam Məmmədov: Əlimizdə olan mövcud resurslardan səmərəli və rasional şəkildə istifadə etməliyik VİDEO

İslamabadda İran Prezidentinin səfəri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycan-Türkmənistan münasibətləri Türk dünyasının birliyinin mühüm dayaqlarından biridir ŞƏRH

“Wood Mackenzie”: “Brent” nefti gələn il 78 dollara ticarət olunacaq

Dənizdə əmək standartlarının tətbiqi ilə bağlı BƏT ilə əməkdaşlıq genişləndirilir

Portuqaliyalı futbolçu “Zirə”də

Beynəlxalq Enerji Agentliyi: Mayda bazara gündəlik 2,5 milyon barel əlavə neft çıxarılıb

Şəxsi inkişaf, insan potensialı və kouçluq: Mahiyyəti, peşə sərhədləri və cəmiyyətdə rolu - Müsahibə

Bitki mənşəli nanohissəciklərin canlı sistemlərə təsirinin biokimyəvi xüsusiyyətləri – elmi seminar

Dövlət qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Metrologiya İnstitutu EURAMET-ə assosiativ üzv qəbul olunub

Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin perspektivi uğur vəd edir - ŞƏRH

Azərbaycandan Türkmənistana ixracın dəyəri 37 faizədək artıb

İƏT Parlament İttifaqı Konfransının sessiyasında regional qruplarının məsləhətləşmə görüşləri keçirilib

Xəyal Rza: “Namazov” filminin nümayişinin sentyabrda keçirilməsi planlaşdırılıb

Qeyri-sabit hava şəraiti iyunun 29-dək davam edəcək – XƏBƏRDARLIQ

Niger Azərbaycanın enerji sahəsində təcrübəsindən yararlanmaq istəyir

Yaxın Şərqdəki neft istehsalçılarının tədarük itkiləri 1,3 milyard bareli ötüb

Bu gün Vaşinqtonda Livan-İsrail danışıqlarının növbəti mərhələsi təşkil olunacaq

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib