İDMAN


Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv VI qrupdakı ilk matçında Polşanı qəbul edib. Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan yığmasının hesablı 4:3 qələbəsi ilə başa çatıb.

Hesabı 7-ci dəqiqədə qonaqlardan Matyuş Mrovyek açıb. 3 dəqiqə sonra Xətai Bağırov tarazlığı bərpa edib. 17 və 24-cü dəqiqələrdə fərqlənən Rafael Vilela hesab arasındakı fərqi 2 topa çatdırıb. 25-ci dəqiqədə Polşa seçməsindən Sebastyan Lesçak buraxılan qollardan birinin əvəzini çıxıb. 2 dəqiqə sonra polşalılar Kamil Surmyakın qolu ilə hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə 34-cü dəqiqədə Bolinya qoyub.

Dünya çempionatı, seçmə mərhələ

7 oktyabr

20:00. Azərbaycan - Polşa - 4:3

Qollar: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 - Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.