İDMAN


Azərbaycanın gənc qılıncoynadanları dünya kubokunun mərhələ turnirində iştirak edib

Bakı, 12 noyabr, AZƏRTAC

Qılıncoynatmanın şpaqa növü üzrə kişilərdən ibarət milli komandamız Latviyanın paytaxtı Riqa şəhərində keçirilən gənclərin dünya kubokunun mərhələ turnirində çıxış edib.

AZƏRTAC xəbər verir ki, kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyev pley-offa yüksəlib. Hər üç şpaqaçımız pley-off mərhələsinin ilk görüşündə məğlub olub. Ruslan Həsənov Kiril Pavlova (Qazaxıstan) 13:15, Xalid Əliyev Dominik Kaukerə (Macarıstan) 6:15, Barat Quliyev isə Timoti Franka (ABŞ) 11:15 hesabı ilə uduzub. Qrupda 1 qələbəsi olan Kənan Məlikzadə və Fərrux Səfərov mübarizəni erkən dayandırıb.

Kişi şpaqaçıların komanda yarışında Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət kollektiv Norveç komandasına 36:45 hesabı ilə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.