CƏMİYYƏT


Azərbaycanın iki böyük şirkəti Ordumuza dəstək üçün birləşib

Bakı, 23 oktyabr, AZƏRTAC

“Kontakt Home” mağazalar şəbəkəsi “166 Yükdaşıma və Logistika” şirkətinin “Qarabağa doğru” layihəsinə qoşulub. İki şirkət birgə Ordumuza dəstək məqsədilə əsgər paylarını cəbhəyə göndərəcək.

“Qarabağa doğru” layihəsi çərçivəsində əsgərlərimizə pay göndərmək istəyən hər kəs “Kontakt Home” mağazalarına yaxınlaşıb yararlı ola biləcək əşyaları (açıq yemək istisna olmaqla) təhvil verə bilər. Göndərilən hər bir əşya və ya qutu “166 Yükdaşıma və Logistika” şirkəti tərəfindən cəbhəyə tam təmənnasız şəkildə çatdırılacaq.

Artıq bir neçə həftədir ki, “166 Yükdaşıma və Logistika” şirkəti cəbhəyə, eyni zamanda, cəbhəyanı bölgələrdə düşmən hücumu nəticəsində zərərçəkmiş ailələrə fərdi şəxslərin və şirkətlərin dəstəyini çatdırır. Yığılmış əşyalar cəbhəyanı bölgələrdə Müdafiə Nazirliyinin nümayəndələrinə təhvil verilir. Layihə çərçivəsində bu günə qədər 80 tondan çox əşya cəbhəyə çatdırılıb.

Xatırladaq ki, “Kontakt Home” və “166 Yükdaşıma və Logistika” şirkəti Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə üzrə, eləcə də vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.