Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”in orbitə çıxarılması münasibətilə Malayziyada mərasim keçirilmişdir

Kuala Lumpur, 8 fevral (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, fevralın 8-də Azərbaycanın “Azərspace-1” ilk telekommunikasiya peykinin orbitə buraxılması prosesinin canlı izlənilməsi üçün Kuala Lumpurda Malayziyanın “Measat Satellite Systems” (MEASAT) şirkətinin ofisində tədbir keçirilmişdir.

Mərasimdə Malayziya hökumətinin nümayəndələri, Azərbaycanın Kuala Lumpurdakı səfiri Tahir Kərimov və səfirliyin əməkdaşları, MEASAT şirkətinin rəhbər şəxsləri iştirak etmişlər.

Məlum olduğu kimi, iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı ilə bağlı Azərbaycan hökuməti tərəfindən məqsədyönlü fəaliyyət həyata keçirilir. Bu mənada Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması, ilk növbədə, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir. Bu məqsədlə 2008-ci ildən etibarən Prezident İlham Əliyevin qərar və tövsiyələri ilə kosmik tədqiqatlara başlanılmış, dövlətimizin başçısı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncam imzalamış, “Kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət Proqramı qəbul edilmiş, daha sonra ”Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilmişdir. Qarşıya qoyulan məqsədə çatmaq üçün müvafiq strukturlar kosmik sənaye sahəsində beynəlxalq təcrübəni tədqiq edərək Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanması və istifadəyə verilməsində dünyanın qabaqcıl kosmik sənaye qurumları ilə əməkdaşlıq həyata keçirmişlər.

Uğurlu fəaliyyətin nəticəsində Prezident İlham Əliyevin Sərəncamı ilə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş 2013-cü il fevralın 8-də müstəqil Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biri reallaşmışdır. Azərbaycanın ilk telekommunikasiya peyki - “Azərspace-1” Fransanın “Arianespace” şirkətinin yüksək etibarlılığı ilə seçilən “Ariane-5” daşıyıcı raketi ilə Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılmışdır. ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunmuş peykin 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşməsi nəzərdə tutulur. Çəkisi 3,2 ton olan peyk Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq bölgələrini əhatə dairəsinə alaraq dünyanın 50-dən artıq ölkəsini özündə birləşdirən kosmik məkanda mühüm rol oynayacaqdır. Orbitdə istismar müddəti ən azı 15 il davam edəcək ilk telekommunikasiya peykimizin informasiya və rabitə xidmətlərindən milyonlarla insan geniş istifadə edəcəkdir.

Peykin istismarından gözlənilən nəticələr böyükdür. Belə ki, Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili məqsədilə ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfə olacağı gözlənilir. “Azərspace-1” peyki orbitə buraxıldıqdan sonra Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin olunacaq, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron, səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyi təmin ediləcəkdir. Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaqdır, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcəkdir. Artıq peykin resurslarının 40 faizinin satışı üçün şərti müqavilələr imzalanmışdır.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin ölkə iqtisadiyyatında neft sektorundan sonra ikinci prioritet sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət daşıdığı nəzərə alınmaqla, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız kommersiya səciyyəsi daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar.

İlk telekommunikasiya peykimizin geniş xidmət imkanları bu sahədə fəaliyyət göstərən beynəlxalq şirkətləri əməkdaşlığa sövq etmişdir. Bu şirkətlərdən biri də Malayziyanın MEASAT şirkətidir. 1992-ci ildə sabiq Baş nazir Mahathir Mohamadın təşəbbüsü ilə təsis edilmiş şirkətin ilk süni peyki 1996-cı ildə orbitə buraxılmışdır. Daha sonra fəaliyyətini genişləndirməyə başlayan şirkət yerli tələbatla yanaşı, dünya ölkələrinin də sifarişlərini yerinə yetirməkdədir. Hazırda orbitdə 4 süni peyki olan şirkət transponder icarəsi, yayım xidmətləri və telekommunikasiya həlləri üzrə fəaliyyət göstərir. Kosmos sənayesində fəaliyyət göstərdiyi 20 il ərzində Asiya və Afrika bazarında özünə qabaqcıl yer tuta bilmiş MEASAT şirkəti hazırda “Azərkosmos” ASC ilə əməkdaşlıq həyata keçirir və cəmiyyətin təklif etdiyi xidmətlərdən istifadə edəcək potensial müştəri qismində çıxış edir. Həmçinin şirkət “Azərkosmos” ASC-nin apardığı birgə tədqiqatlarda iştirak edir, peyk idarəsi üzrə azərbaycanlı mütəxəssislərin ixtisas səviyyəsinin artırılmasında qarşılıqlı təcrübə mübadiləsi həyata keçirir, Azərbaycanın ev sahibliyi etdiyi müvafiq konfrans və sərgilərə qatılır. 2011-2012-ci illərdə 25 azərbaycanlı mütəxəssis MEASAT şirkətinin təcrübə kurslarında iştirak etmişdir. Bundan əlavə, “Azərspace-1” peykinin yerləşdiyi 46 dərəcə Şərq uzunluq dairəsinə dair orbital mövqe bu şirkətdən 15 illik müddətə icarəyə götürülmüşdür.

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı təşkil olunmuş mərasimdə çıxış edən Malayziyanın İnformasiya, Rabitə və Mədəniyyət Nazirliyinin baş katibi Azemi Haron və MEASAT şirkətinin direktoru Mohammad Hanif bin Omar “Azərspace-1” peykinin orbitə buraxılması münasibətilə Azərbaycanı təbrik etmiş və etibarlı tərəfdaş olan Azərbaycan Respublikasının bu sahə üzrə həyata keçirəcəyi bütün layihələrdə iştirak etməyə daim hazır olduqlarını bildirmişlər.

Mərasimdə çıxış edən Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları qeyd etmiş və ilk telekommunikasiya peykimizin orbitə çıxarılmasının Azərbaycanın növbəti böyük nailiyyəti olduğunu bildirmişdir.

Daha sonra 35 dəqiqə ərzində Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması prosesi canlı olaraq izlənilmişdir.

Fevralın 8-də Bakı vaxtilə saat 1:36 dəqiqədə Azərbaycanın “Azərspace-1” ilk telekommunikasiya peyki yerdən start götürdü.

Nəzərdə tutulduğu kimi, startdan 33 dəqiqə sonra daşıyıcı raket peykin gövdəsindən ayrıldı. Fəzaya buraxıldıqdan 34 dəqiqə 56 saniyə sonra Azərbaycanın ilk peyki orbitdə yerini tutdu. Qeyd edildi ki, növbəti 11 gün ərzində peyk mühərriki dörd mərhələdə işə düşəcəkdir ki, bu da onu geostasionar keçid orbitindən geosinxron orbitə çıxmağa imkan verəcəkdir. Peyk geosinxron obyektə çatandan sonra günəş panelləri iş rejiminə keçəcək və növbəti üç həftə ərzində sınaq üçün tam hazır olacaqdır. Peykin tam yararlı olduğu müəyyən edildikdən sonra onun istismarı başlanacaqdır.

Azərbaycanın ilk telekommunikasiya peyki uğurlu uçuşla orbitdə yerini tutduqdan sonra mərasim başa çatmışdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

 

Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”in orbitə çıxarılması münasibətilə Malayziyada mərasim keçirilmişdir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübündə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH