Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycanın koloritli kəndləri: İvanovka və digər molokan kəndləri

Bakı, 15 mart, AZƏRTAC

Molokan ruslar Azərbaycan ərazisinə hələ XIX əsrin birinci yarısında köçüblər və bu günədək bir neçə kənddə yığcam şəkildə yaşayırlar. Ən məşhur molokan kəndi – İvanovka İsmayıllı rayonundadır. Bu kənd təkcə rus kənd mədəniyyətinin deyil, həmçinin molokan etiqadının, adət-ənənələrinin yeganə yaxşı qorunub saxlanılmış ən iri guşəsidir. Azərbaycan ərazisində ən qocaman və ən iri molokan kəndinin yaşı 200 ildən çoxdur. Amma o, yeganə molokan kəndi deyildir. Şamaxıda, Gədəbəydə və digər rayonlarda daha bir neçə belə kənd var.

Həftəran, iki İvanovka və süd

İvanovka kəndi Acınohur dağlarının qoynunda, dəniz səviyyəsindən 500-800 metr yüksəklikdə Göyçay və Dəvəbatan çayları arasındakı vadidə yerləşir. İsmayıllı rayon mərkəzinin 14 kilometrliyində yerləşən kəndin ərazisinin ümumi sahəsi 8 min hektardan çoxdur. İvanovkaya gedən yolun səliqə-sahmanı göz oxşayır. Əhali özünün bütün adət-ənənələrini, folklorunu və məişətini qoruyub saxlayıb.

İvanovkanın qədim adı Həftərandır. Molokanların Azərbaycana köçürülməsi kampaniyasına başçılıq etmiş Qriqori Nikiforoviç İvanovun şərəfinə adı dəyişdirilərək İvanovka adlandırılıb. Məzar daşındakı yazıya görə, o, 1852-ci ildə bu yerdə birinci məskunlaşıb.

Azərbaycana əsas etibarı ilə Rusiyanın Mərkəzi Qaratorpaq regionundan ruslar köçürülüblər. Bu köçkünlər XVII əsrin sonu – XVIII əsrin ortalarında yaranan və dövlət tərəfindən təqib olunan dini təriqətlərin – molokan, duxobor, babtist, subbotnik və prıqun təriqətlərinin nümayəndələri idi. Rusiya hökuməti bu cür tədbirlərlə, bir tərəfdən, dikbaş dönüklərdən yaxa qurtarmaq, digər tərəfdən, yeni müstəmləkə torpaqlarında möhkəmlənmək üçün İran və Türkiyə ilə sərhədlərdə hərbiləşdirilmiş qəsəbələr salmaq istəyirdi.

İvanovkanın fərqləndirici cəhəti budur ki, əvvəllər Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Kəndin İsmayıllı rayonu ərazisinə köçürülməsindən əvvəl sonuncu yeri Qəbələ tərəfdə yerləşən Axox çayının sahilində olub. Deyilənə görə, bu çay onun sahilində məskunlaşandan sonra müxtəlif çətinliklərlə üzləşən molokanların ah-naləsinə görə Axox adlanır. Məsələ bundadır ki, çayın sahilində məskən salan molokanlar müxtəlif xəstəliklərə mübtəla olacaqlarını, çox əziyyət çəkəcəklərini düşünməyiblər. Üstəlik, bir gün rayonda güclü daşqın baş verib. Sel o qədər güclü olub ki, yaxınlıqdakı molokan daxmalarının çoxunu yuyub aparıb. Qəm-qüssə içində çayın sahilinə toplaşan sakinlər ucadan “ax-ox!” edərək haray çəkiblər. Bu çay da elə o vaxtdan Axox adlanır.

Xəstəliklərdən, daşqın qorxusundan bezmiş kənd sakinlərinin bir neçəsi məskən salmaq üçün başqa ərazi axtarmağa yollanıb. İvan Perşin adlı birisi İvanovka kəndinin hazırda yerləşdiyi bu məkana gəlib çıxıb. Əvvəllər bu yerlərdə heç bir ev yox idi, əvəzində meşə və münbit torpaq vardı. Yeganə çatışmazlıq suyun olmaması idi. Buna baxmayaraq, insanlar bu əraziyə köçür, meşəni qıraraq taxta daxmalar tikməyə başlayırlar. İvanovka kəndi belə yaranıb. O vaxtdan 200 ildən çox vaxt keçib. Yeni İvanovkanın kimin - polkovnik İvanovun, yoxsa kənd sakini İvan Perşinin adını daşıdığını dəqiq öyrənmək artıq mümkün deyil. Kənd əhalisi ilk vaxtlar suyu qonşuluqdakı göldən daşıyırmış. Sonralar süni göl yaratmaq üçün bir neçə yer qazırlar. Həmin yerlər yavaş-yavaş yağış suyu ilə dolmağa başlayır və daha əhalinin su gətirmək üçün uzağa getməsinə ehtiyac qalmır.

İvanovka Azərbaycanda rusların sıx məskunlaşdığı digər məkanlardan unikal tarixi ilə seçilir. İvanovkalılar özlərini “molokan” adlandırırlar. “Molokan” süd kimi təmiz Allah kəlamı ilə qidalanan insanlar deməkdir. Molokanlar Rusiyanın kilsə islahatını qəbul etmədiklərinə və köhnə ayinlərə sadiq qaldıqlarına görə sürgün edilmişdilər. Köhnə ayinçilər (staroobryadetslər) XVIII əsrdə Həştərxana, Melitopolsk qəzası ərazisindəki Moloçnaya çayı sahilinə köçürülmüşdülər. Buna görə də müəyyən vaxtdan sonra onları “molokan” adlandırmağa başladılar. Bəzilərinin fikrincə, onlar pravoslav pəhrizlərini qəbul etmədiklərinə görə molokan adlandırılıblar. Belə ki, pəhriz zamanı süd içirlər. Digərləri isə donuz əti yemədikləri üçün molokanların həbsxanalarda və orduda südlü qidaya üstünlük vermələri ilə əlaqələndirirlər.

Molokanlarda dinin yeganə mənbəyi Bibliyadır. Onlar müqəddəsləri, dini ayinləri inkar edir, ikonalara inanmırlar. Onların məbədləri və keşişləri yoxdur, əllərinə silah götürmürlər. Molokanlarda pravoslavlar üçün ənənəvi olan kilsələr yoxdur. İbadət və ayinlərini öz evlərində keçirirlər. Bazar günləri isə bütün icma ibadətə toplaşır.

Amma hər halda XIX əsrin birinci yarısında molokanların Azərbaycana köçürülməsi çarın istila edilmiş əraziləri ruslaşdırmaq siyasətinin tərkib hissəsi olub. Lap əvvəldən kənd sakinləri ilə yerli əhali arasında gözəl münasibətlər yaranıb. Axı molokan etiqadı bir çox məsələlərdə İslamla səsləşir: donuz əti yemək, spirtli içki içmək və s. molokanlar üçün də haram sayılır.

Dindar molokanlar içki içmək və siqaret çəkmək kimi zərərli vərdişlərdən uzaqdırlar. Özü də cavan nəsil sabitləşmiş və möhkəm molokan ənənələrinə uyğun tərzdə tərbiyə edilir.

İvanovka molokanları söyüş söymür, Allahdan qorxur və elliklə kolxozda işləyirlər. Evdən çıxanda heç kəs qapısını qıfıllamır. Bu kənddə ali hakimiyyət orqanı Ağsaqqallar Şurasıdır.

Nümunəvi kolxoz

Molokanlar həmişə inanılmaz dürüstlüyü ilə seçiliblər. Əgər molokan tarlada və ya meşədə kiminsə baltasını, inəyini, atını tapırdısa, əvvəlcə onun sahibini öz kəndində axtarırdı, sonra sahibini tapana qədər qonşuluqdakı bütün kəndləri gəzirdi. Molokanların bu keyfiyyəti yerli əhalinin çox xoşuna gəlirdi.

Adətə görə, molokan kişilər saqqal saxlayırlar. Odur ki, burada yaşı 40-ı keçmiş kişilərin hamısı saqqallıdır. Onlar saqqalsız ölməyi qəbahət sayırlar. Rus xalqı üçün ənənəvi uzun yanyaxa köynək geyinmiş ağsaqqal qocalar nağıl qəhrəmanlarına oxşayırlar.

Səfalı yerdə sağlam və hərəkətli həyat tərzi keçirən molokanlar son dərəcə gümrahdırlar. Onlar arasında uzunömürlü insanların sayı çoxdur. Molokanların orta ömür müddəti isə 80 ildir.

Kəndin düz ortasında, rayon mərkəzinin yanındakı süni göl yerli sakinlərin və qonaqların istirahət yeridir. Deyilənə görə, bu göl və ona bitişik park görüş yeridir. Parka gəzməyə çıxan cavan oğlan və qızlar bir-birinin xasiyyətinə bələd olub özlərinə nişanlı seçirlər.

İvanovka öz diskotekası ilə də şöhrət qazanıb. Diskoteka kəndə daha çox turist cəlb edir. İlboyu - qışda İvanovka Mədəniyyət Sarayında, yayda isə açıq havada rəqslər təşkil edilir.

Üçtəkərli motosikletlər İvanovkada hələ də ən populyar nəqliyyat növüdür. Belə motosikletlər kolxoz təsərrüfatında əvəzedilməzdir. Motosikletdə gəzinti İvanovkada təklif edilən maraqlı əyləncə növlərindən biridir.

1936-cı ildə İvanovkada Voroşilov adına kolxoz yaradılıb. Kənd sakinləri, demək olar, yekdilliklə kolxoza üzv olublar. Onlar kollektiv təsərrüfata tez alışıblar. Kolxoz sürətlə inkişaf etməyə başlayıb. Sonra Böyük Vətən müharibəsi başlayıb və əmək qabiliyyətli sağlam kişilərin hamısı müharibəyə çağırılıb. Hər yerdə olduğu kimi, İvanovkada da qadınlar və uşaqlar qalıb. Onlar tarlalarda və digər təsərrüfat işlərində ərlərini və atalarını əvəz ediblər. İvanovkalı qadınlar kolxozu qoruyub saxlamaq üçün mümkün olan hər şeyi ediblər, amma işçi qüvvəsi çatışmadığı üçün kolxozun qüvvəsi tükənməyə başlayıb. Böyük Vətən müharibəsi illərində İvanovkadan 700 kişi ( onların 300-ü geri qayıtmayıb) cəbhəyə yollanıb. Müharibədən hətta 10 il keçəndən sonra da ivanovkalılar kolxozu əvvəlki səviyyəyə qaldıra bilməyiblər.

Məhz belə bir dövrdə - 1953-cü ilin oktyabrında 27 yaşlı Nikolay Vasilyeviç Nikitin bu baxımsız və yoxsul təsərrüfatın başına keçib. Kəndin ən yeni tarixi onun adı ilə sıx bağlıdır. 1958-ci ildə kolxoza Kalininin adı verilib. Uzun illər kolxoza əvəzsiz rəhbərlik edən Nikolay Vasilyeviç təsərrüfatı ən qabaqcıl mövqelərə çıxarıb, onu milyonçu kolxoza çevirib. O vaxtdan indiyədək kolxozda dənli bitkilər istehsalı yüksəkdir, hər hektardan orta hesabla 40-45 sentner məhsul götürülür, hər inəkdən orta hesabla 4,5 litr süd sağılır.

Ömrünün 43 ilini təsərrüfata həsr edən N.Nikitin Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür, kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi alır. O, kolxoza sədrlik etdiyi dövrdə özünü təkcə ağıllı, səriştəli təsərrüfatçı deyil, həm də həmkəndlilərinin ehtiyaclarını başa düşən həssas və qayğıkeş rəhbər olduğunu göstərir. Ötən əsrin 70-ci illərində o, Finlandiya və Bolqarıstan ilə barter mübadiləsi yaratmağa müvəffəq olur. Kolxozçular sarımsaq tədarükü müqabilində yüksək keyfiyyətli xarici mebellə təmin olunurlar.

Nikolay Nikitin 1994-cü ildə dünyasını dəyişib, onun kolxozu isə yaşayır. SSRİ dağılandan sonra bütün kolxozlar tənəzzülə uğrayır və ləğv edilir. Azərbaycanda yeganə kolxoz yalnız İvanovkada saxlanılıb və hazırda əfsanəvi sədrin – Nikolay Nikitinin adını daşıyır.

Hazırda Nikolay Nikitin adına kolxoz öz təmir bazası, güclü avtomobil təsərrüfatı, taxta-şalban mişarlayan maşınları, damazlıq mal-qara, südçülük və quşçuluq fermaları, davar üçün yay və qış otlaqları, kərpic və kirəmit zavodları olan qabaqcıl təsərrüfatdır. İvanovkada kənd sakinlərini əla növ molokan çörəyi ilə təchiz edən çörək zavodu, habelə günəbaxan yağı, süd emalı zavodları, pendir və xama sexi var. Kolxozun məhsulları bütün Azərbaycanda şöhrət qazanıb.

Əbədi qardaşıq

İvanovkanın əhalisi 3100 nəfərdən çoxdur. Burada molokanlarla yanaşı, çoxlu ləzgi və azərbaycanlı yaşayır. 1070-dən çox evin 82-si ləzgilərə, 50-si azərbaycanlılara məxsusdur.

İvanovkada evlər klassik üslubda inşa edilmiş, pəncərə çərçivələrinin haşiyələri oyma naxışlarla bəzədilmiş qədim və standart taxta tikililərdir. Geniş küçələr boyunca yan-yana düzülmüş evlər uzanır. Hər bir evin qarşısında kiçik skamya qoyulub. Kənddə hər bir ailənin öz bostanı var. İvanovkalılar burada meyvə, tərəvəz, qarğıdalı və günəbaxan yetişdirirlər.

İvanovkada orta məktəb, xəstəxana, uşaq bağçaları, rabitə şöbəsi, iki ötürücü stansiya, stadionlar, ticarət mərkəzi, mağaza və apteklər fəaliyyət göstərir.

Hələ Nikitinin dövründə geniş vüsətlə inşa edilmiş İvanovka Mədəniyyət Sarayı kənd əhalisinin qürur mənbəyidir. Teatrdakı kimi lojaları olan bu cür dəbdəbəli mədəniyyət sarayı bəzən şəhərlərdə olmur. 700 tamaşaçı üçün nəzərdə tutulan geniş salonda düzülmüş yumşaq kreslolar əslində Bakıdakı Opera və Balet Teatrı üçün nəzərdə tutulubmuş, amma onları ivanovkalılar qamarlayıblar. Bu səhnədə daha kimlər çıxış etməyib. Rusiyalı artistlər tez-tez burada çıxış edirmişlər. Vaxtilə İvanovka Mədəniyyət Sarayı bütün Sovet İttifaqında ən gözəl kənd mədəniyyət sarayı sayılırdı. İndi İvanovka əməkçiləri sarayın banket zalında toy mərasimləri təşkil edir, digər kütləvi mədəni tədbirlər keçirirlər. İsti yay günlərdə isə uşaqlar sarayın yanında yerləşən mənzərəli göldə həm çimir, həm də balıq tuturlar.

SSRİ-nin dağılması və Azərbaycanın müstəqilliyinin bərpa edilməsi İvanovka kəndinin və kolxozunun tarixində dönüş nöqtəsi oldu. 1990-cı illərin əvvəllərində bütün respublika ağır günlər yaşayırdı. Çox narahat bir dövr idi. Paytaxtda və rayon mərkəzlərində mitinq mitinqə calanır, Dağlıq Qarabağda isə müharibə gedirdi. Hakimiyyət Xalq Cəbhəsinin əlində idi. Belə vəziyyətdə ivanovkalılar Azərbaycandan köçüb getmək istədilər. Sakinlərin bir hissəsi – 60 ailə köçüb getdi.

Kənd sakinlərinin təlaşına sədr son qoydu. Şəksiz avtoritet olan Nikitin sərt şəkildə dedi: “Özfəaliyyət yetər. Hamımız birlikdə köçəcəyik”. O, yeni İvanovkaya münasib yer axtarmaq üçün Rusiyanın hər yerinə öz elçilərini göndərdi. Stavropolda, Krasnodar diyarında, Rostov vilayətində İvanovka üçün yer tapılmadı. Tambov, Voronej və Saratovda şərtlər münasib deyildi. Nəhayət Belqorod vilayəti barədə düşünməyə başladılar. İdarə heyəti toplandı və rəhbərlərdən biri məruzə etdi: ev tikmək və əkin üçün nə qədər ərazi ayrılacaq, su hansı dərinlikdə yerləşir, nə qədər yağıntı düşür. Sədr idarə heyətinin bütün üzvlərini çox diqqətlə dinlədi və bədahətən dedi: siyasətçilərin proqnozlarına görə, tezliklə hakimiyyətə Heydər Əliyev gələcək. Deməli, köçməyə də ehtiyac yoxdur. Beləcə İvanovka kəndi Azərbaycanda qaldı.

2004-cü ilin yayında bütün dünya molokanları İmperator I Aleksandrın xristian molokanlara etiqad azadlığının verilməsi haqqında fərman imzalamasının 200 illiyini bayram ediblər. Azərbaycan Prezidenti İlham Əliyev respublikanın molokan kəndlərinin bir qrup ağsaqqallını öz iqamətgahında qəbul edib. Prezident Azərbaycan üçün ağır günlərdə respublikanı tərk etmədiklərinə görə təşəkkürünü bildirərək onları əmin edib: “Bu gün sizin qarantınız mənəm”.

Şamaxı molokanları

Şamaxıya molokanlar ilk dəfə 1814-cü ildə Rusiyanın Tambov, Rostov, Voronej və Həştərxan vilayətlərindən köçürülüblər. Burada əsasən üç kənddə - Çuxuryurd, Nağaraxana və Qızmeydanda (Astraxanovka) məskunlaşıblar. Çuxuryurdda daha çox molokan məskən salıb və indiyədək orada yaşayırlar.

Şamaxının Çuxuryurd kəndi rayon mərkəzinin 10 kilometrliyində çox gözəl dağlıq ərazidə dumduru gölün sahilində yerləşir. Vaxtilə burada elə molokanlar yaşayırdı. Məsələn, 1985-ci ildə burada 450 molokan evi vardı, 2 mindən çox əhali yaşayırdı. Köçkünlərin çiy kərpicdən inşa edilmiş evləri gölün sahilindən uzaqda, uca dağlara bitişik bir neçə təpədə yerləşirdi. Küçələr dar və dolanbac idi. Zəmanəmizdə çox şey dəyişib, amma memarlığın, qədim adətlərin və unikal təbiətin bənzərsiz koloriti qalıb.

Köçkünlər Azərbaycana öz əkinçilik ənənələrini gətiriblər. Burada maldarlıqla məşğul olmağa, kartof əkməyə, bostan salmağa başlayıblar. XIX əsrin axırı – XX əsrin əvvəllərində Çuxuryurdda yaşayan molokanlar Volqaboyu ərazilərin ənənələrindən və kazakların adətlərindən (dini nəğmə, tikmə və kulinariya) yoğrulmuş unikal və özünəməxsus mədəniyyətin daşıyıcıları idi. Məhz onları Şamaxı, xüsusən Çuxuryurd molokanlarının “vizit kartı” saymaq olar. Məsələn, xəmiri nazik açılmış, diametri kibrit çöpünə bərabər ölçüdə, təqribən 60-70 santimetr uzunluğunda kəsilmiş “molokan əriştəsi” bu gün də yerli molokanların mətbəxinin əsas özəlliyidir. Molokanlar toyda da, yasda da mütləq əriştə bişirirlər.

Çuxuryurd molokanlarının öz qəhrəmanları var: rus icmasının sədri, “Şöhrət” ordenli Prezident təqaüdçüsü Mariya Nikolayna Kojevnikova, təyyarəçi, Sovet İttifaqı Qəhrəmanı Nikolay Petroviç Şeverdyayev və başqaları.

Hazırda Çuxuryurdda azərbaycanlılar, ruslar və ləzgilər mehriban bir ailə kimi yaşayırlar. Bu yerlər özünün kartofu, kələmi və günəbaxan yağı ilə şöhrət qazanıb. Yerli almaya, armuda, gavalıya, min bir dərdin dərmanı olan dağ balına böyük tələbat var.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi