İQTİSADİYYAT


Azərbaycanın qaz ixracından gəliri artıb

Azərbaycanın qaz ixracından gəliri artıb

Bakı, 19 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan təqribən 5,419 milyard dollar dəyərində 6,514 milyard kubmetrə yaxın qaz ixrac olunub. 2022-ci ilin analoji dövründə isə bu göstərici 7,233 milyard kubmetr (4,178 milyard dollar) təşkil etmişdi.

AZƏRTAC Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, Azərbaycanın təbii qaz ixracından gəliri illik hesablamada 29,7 faiz artıb. Komitənin məlumata görə, hesabat dövründə Azərbaycanın ümumi ixrac həcmində təbii qazın payı ötənilki 35,34 faizlə müqayisədə 43,06 faiz olub.

Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünə 2020-ci il dekabrın 31-də başlayıb. Azərbaycan bu il Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.