İDMAN


Azərbaycanın taekvondo üzrə yığma komandası Ukraynada beynəlxalq turnirdə mübarizə aparacaq

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət yığma komandası aprelin 12-dən 14-dək Xarkov şəhərində keçiriləcək “Ukraina Open” beynəlxalq turnirində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, komandamız G1 kateqoriyalı turnirdə doqquz idmançı ilə təmsil olunacaq.

Məşqçi heyəti yarışda oğlanlardan Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq) və Radik İsayevə (87 kq-dan yuxarı) şans verəcək.

Qızların yarışında isə Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxacaqlar.

Komandamız Ukraynaya baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə aprelin 11-də yollanacaq.

Döyüşləri idarə edəcək hakimlər arasında beynəlxalq dərəcəli hakim Coşqun Nadirov və Nigar Hacıyeva da yer alıb.

Xatırladaq ki, böyüklərdən ibarət milli komandamız martda Belçikada keçirilmiş “Belgium Open” turnirində aktivinə 3 qızıl və 1 gümüş medal yazdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.