İQTİSADİYYAT


Azərbaycanın yeddi ayda qonşu ölkələrə ixrac etdiyi elektrik enerjisinin həcmi açıqlanıb

Bakı, 18 avqust, AZƏRTAC

Yanvar-iyul aylarda ölkə üzrə elektrik enerjisinin ixracı 822,4 milyon kilovat/saat təşkil edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrünə nisbətən ixrac 94,2 milyon kilovat/saat artıb. İrana 152,3 milyon kilovat/saat, Türkiyəyə 109,1 milyon kilovat/saat, Rusiyaya 56,1 milyon kilovat/saat, Gürcüstana isə 504,9 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub.

Yeddi ay ərzində elektrik enerjisinin idxalı 100,1 milyon kilovat/saat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 15,9 milyon kilovat/saat artıb. İrandan 19,6 milyon kilovat/saat, Rusiyadan 55,8 milyon kilovat/saat, Gürcüstandan isə 24,7 milyon kilovat/saat elektrik enerjisi idxal edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.