İQTİSADİYYAT


Azərbaycanla İran “Scania” markalı avtobuslar istehsal edəcək

Bakı, 14 mart, AZƏRTAC

Martın 15-də Azərbaycanla İran arasında yeni layihəyə start veriləcək. Hacıqabul Sənaye Məhəlləsində “Scania” markalı avtobusların istehsalının başlanması üçün müvafiq sənəd imzalanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev martın 14-də Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda bildirib.

İki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini deyən nazir nəqliyyat, sənaye, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığımızın regional əhəmiyyətə malik olduğunu vurğulayıb.

Azərbaycan və İran sahibkarlarının kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlığının perspektivlərindən söz açan nazir İranın bu sahədə zəngin təcrübəsindən istifadə ediləcəyini söyləyib.

Ş.Mustafayev İranla sənaye parklarının yaradılması istiqamətində də birgə əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.