CƏMİYYƏT


Azərbaycanla Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demirin başçılıq etdiyi geniş nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

MSN-nin ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradıldığını qonağın diqqətinə çatdıran Mədət Quliyev iki qardaş ölkə arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu bildirib. Nazir xalqımızın möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin hər an yanımızda olduğunu xatırladaraq dost ölkənin dövlətimizə verdiyi mənəvi və siyasi dəstəyi yüksək qiymətləndirdiyini söyləyib.

Mədət Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətlərinin iki qardaş ölkə arasındakı çoxəsrlik dostluq əlaqələrinin daha da inkişaf etməsinə zəmin yaratdığını vurğulayıb.

Sonda Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir səmimi görüşə görə nazir Mədət Quliyevə təşəkkürünü bildirib.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.