İQTİSADİYYAT


Azərbaycanla Yaponiyanın KOB-ları arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Bakı, 16 fevral, AZƏRTAC

Azərbaycan ilə Yaponiyanın KOB-ları arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov və Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada arasında görüş keçirilib. Görüşdə agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək mexanizmləri barədə məlumat verilib, əməkdaşlıq imkanlarına, o cümlədən iki ölkənin KOB-ları arasında ticarət əlaqələrinin genişləndirilməsinə, birgə layihələrin reallaşdırılmasına və bu prosesdə KOBİA-nın dəstəyinə, qarşılıqlı olaraq potensial investisiya layihələrinin mübadiləsinə, Yaponiyanın müvafiq qurumları ilə əlaqələrin qurulmasına dair fikir mübadiləsi aparılıb.

Səfir C.Vada KOB sahəsində Yaponiyanın müvafiq qurumları ilə KOBİA arasında əlaqələrin qurulmasına və mövcud əlaqələrin genişləndirilməsinə dəstək göstəriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.