ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda dərc edilib
Bakı, 28 iyun, AZƏRTAC
COVID-19 pandemiyası dövründə iltihabı bağırsaq xəstəlikləri ilə əlaqədar Qara dəniz ölkələrinin təcrübəsini əks etdirən məqalə impakt faktorlu “Gastroenterology” jurnalında yer alıb.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, bu çoxmərkəzli tədqiqatda Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, akademiyanın müxbir üzvü Nuru Bayramovla yanaşı, ölkəmizin digər həkimləri də aktiv iştirak ediblər.
N.Bayramov ölkəmizin həkim və alimlərinin bu kimi beynəlxalq elmi tədqiqatlarda önə çıxmalarını əlamətdar hadisə kimi qiymətləndirib.
Qeyd edək ki, jurnalın impakt faktoru 1.852-yə bərabərdir.