İDMAN


Azərbaycanlı atlet Avropa rekordunu yeniləyərək qitə birinciliyinin qalibi olub

Bakı, 24 sentyabr, AZƏRTAC 

Kosovonun paytaxtı Priştinada 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyində idmançımız Rüstəm Qasımov birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib. Turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan R.Qasımov ardıcıl olaraq 92, 96 və 100 kiloqramı ram edərək bu hərəkət üzrə Avropanın ən yaxşısı olub.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançımız 100 kiloqramı başı üzərinə birdən qaldırma hərəkətində türkiyəli Toptaş Canerə məxsus olan Avropa rekordunu (99 kiloqram) yeniləməyi bacarıb.

R.Qasımov təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O, 112, 118 və 121 kiloqramı başı üzərinə qaldırmaqla bu hərəkətdə də Avropada hamıdan yaxşı olduğunu sübut edib.

Ümumilikdə 221 kiloqram (100+121) nəticə əldə edən R.Qasımov yeniyetmələr arasında Avropa çempionu olub.

Digər idmançımız Murad Əliyev isə birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğursuz başa vurub. O, təkanla qaldırmada 105 kiloqramı ram edərək bu hərəkət üzrə doqquzuncu yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.