Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanlı deputat Avropa Şurasında Qırğızıstana diqqətin artırılmasının vacibliyindən danışıb

Azərbaycanlı deputat Avropa Şurasında Qırğızıstana diqqətin artırılmasının vacibliyindən danışıb

Strasburq, 23 iyun, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyası (AŞPA) uzun müddətdir ki, Avropa təşkilatı olmaq çərçivəsindən kənara çıxıb. Coğrafi baxımdan Avropaya daxil olmayan, başqa qitələrdə yerləşən bir neçə ölkə artıq uzun illərdir Assambleyanın iclaslarında yaxından iştirak edir, Avropa Şurası ilə fəal əməkdaşlıq əlaqələrini davam etdirir. Təşkilata üzv ölkələrdən kənara doğru əhatənin belə genişlənməsi bir tərəfdən bu qurumun beynəlxalq miqyasda məsuliyyət hissinin dərkindən irəli gəlsə də, digər tərəfdən Avropa ölkələrinin yaxın təmasda olduğu regionlarla körpülərimizin daha mötəbər təməllərə söykənməsi zərurətindən doğur. Səkkiz il öncə Avropa Şurasının demokratiya üzrə tərəfdaşı statusu qazanmış Qırğız Respublikası üçün bu təşkilatla sıx əməkdaşlıq çox sərfəlidir. Həmçinin coğrafiyamızdan kənarda, Mərkəzi Asiyadakı yeni müstəqil dövlətlərdən olan bu ölkə ilə sistemli əlaqələr çox əhəmiyyətlidir.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun yay sessiyası çərçivəsində “Qırğız Respublikası parlamenti ilə bağlı demokratiya naminə tərəfdaşlığa baxış” adlı məruzənin müzakirələri zamanı söyləyib. R.Hüseynov müzakirədə AŞPA-nın Avropa naminə Liberal Demokratlar Alyansı (ALDE) siyasi qrupu adından çıxış edib.

Avropa Şurasının təsir dairəsinin genişləndirilməsi zərurətindən söz açan Rafael Hüseynov bildirib ki, AŞ coğrafiyasının genişləndirilməsi insan haqları, demokratiya, hüquqi dövlət quruculuğu kimi dəyərlər şəbəkəsinin təmas dairəmizdəki daha geniş məkanda bərqərar olmasını əks etdirir.

Son illərdə Qırğız Respublikasında baş verən dəyişikliklərə, cərəyan edən proseslərə, 2020-ci il seçkilərindən sonra yaşanmış siyasi narahatlıqlara toxunan azərbaycanlı deputat qeyd edib ki, sadalanan bu hallar əlaqələrin normal axarda inkişafına mənfi təsirini göstərməyə bilməzdi. Avropa Şurası ilə demokratiya tərəfdaşı statusu qazandığı 8 il ərzində Qırğızıstan əvvəlcədən öhdəliklər götürmüş olsa da, hələ heç bir konvensiyaya qoşulmayıb. Ancaq bu, yollarımızın ayrılması kimi deyil, mövcud tarixi şəraitin nəticəsi kimi dəyərləndirilməlidir.

R.Hüseynov Qırğızıstanı müdafiə mövqeyindən çıxış edərək, Avropa Şurasının bu ölkəyə diqqət və qayğısının artırılmasının vacibliyini vurğulayıb: “Qırğızıstanın üzləşmiş olduğu mürəkkəb və həyəcanlı siyasi hadisələrin məntiqi nəticəsi olaraq, bu ölkə tərəfindən istək, niyyət olsa da, baş verənlər demokratik islahatların arzuolunan səviyyədə keçirilməsinə istər-istəməz ciddi maneələr yaradıb. Odur ki, bu gün ölkə demokratik institutların kifayət qədər möhkəmlənməsi üçün çox iş görməlidir və belə bir vəziyyət Avropa Şurasında qətiyyən tərəddüd yaratmamalıdır. Əksinə, məhz elə Avropa Şurası bu istiqamətdə Qırğız Respublikasına daha çox diqqət və dəstək göstərə bilər. Şura bu yolda səylərini əsirgəməməlidir. Əməkdaşlığın, tərəfdaşlığın daha ardıcıl şəkildə davam etdirilməsinə ehtiyac var. Niyyətlərini gerçəkləşdirə bilməsi üçün Qırğızıstana daha münasib şərait yaradılmalı, Qırğızıstan da Avropa Şurasının işində, komitələrinin fəaliyyətində intensiv əlaqələr yaradaraq daha yaxından iştirak etməlidir”, - deyə R.Hüseynov qeyd edib.

Qırğızıstanın demokratik dəyərlərə sadiqliyinə və fikir mübadilələrinə daim açıq olmasına, eləcə də dərin tarixi əsasları olması məsələsinə toxunan Rafael Hüseynov Qırğızıstan üzrə məruzəçilərin sələflərindən fərqli olaraq, hesabatlarını daha uğurlu nəticələrə çatdıracağına, Qırğızıstan–Avropa Şurası əlaqələri və demokratiya tərəfdaşlığının arzulandığı kimi irəliləyişinə töhfələrini verəcəklərinə inandığını bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO