SİYASƏT


Azərbaycanlı diplomat Böyük Britaniyada xüsusi fəxri mükafatla təltif edilib

Bakı, 24 iyul, AZƏRTAC

Böyük Britaniyada akkreditə olunmuş diplomatların və ölkənin təhsil üzrə müvafiq qurumlarının iştirakı ilə hər il ənənəvi olaraq Kings Kollecdə təşkil edilən təhsil konfransı keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans çərçivəsində Londonda yerləşən iyirmi beş minlik diplomatik korpus arasında təhsil məsələləri üzrə məsul şəxslərin il ərzində fəaliyyəti təhlil olunur və yerli qurumlar, eləcə də təhsil mərkəzləri ilə əməkdaşlığı və effektiv fəaliyyəti ilə fərqlənən diplomatlar mükafatlandırılır.

Konfransda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin birinci katibi Hüseyn Hüseynov xüsusi fəxri mükafatla təltif edilib. Mükafatı təqdim edən Londondakı diplomatik korpus arasında nüfuzlu "Embassy" jurnalının redaktoru Elizabeth Stewart bu mükafatın Azərbaycanda təhsil sahəsində gedən islahatların və gənc nəslin, həmçinin diplomatların sözügedən islahatlarda oynadığı vacib rolunun layiqli qiymətləndirilməsinin nəticəsi olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.