MƏDƏNİYYƏT
Azərbaycanlı ifaçı Gürcüstanda keçirilən beynəlxalq mahnı müsabiqəsinin qalibi olub
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycan təmsilçisi Emiliya Yaqubova Batumidə keçirilən “Böyük İpək Yolunda ulduzunu tap” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub.
AZƏRTAC "Sputnik Georgia" saytına istinadla xəbər verir ki, üç turun nəticələrinə görə, Gürcüstandan Salome Mirianaşvili, Qazaxıstandan Miras Juqunusov və Azərbaycandan Emiliya Yaqubova hərəyə 285 bal toplayıb. Qalib püşkatma yolu ilə seçilib.
Qeyd edək ki, müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Bolqarıstan, Rumıniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Yunanıstan və digər İpək Yolu ölkələrinin gənc ifaçıları iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]