SİYASƏT


Azərbaycanlı parlamentari AŞPA komitəsinin məruzəçisi seçilib

Strasburq, 28 iyun, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qurumun sosial məsələlər komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda komitənin “Autizm diaqnozlu insanlar və onların ailələri ilə münasibətlər” adlı mövzu ilə bağlı məruzəçinin təyin edilməsi üçün səsvermə olub.

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın və britaniyalı Lord Don Touhigin namizədliyi irəli sürülüb.

Deputat Sevinc Fətəliyeva səslərin əksəriyyətini toplayaraq AŞPA-nın sosial məsələlər üzrə komitəsinin məruzəçisi seçilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.