Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanlı skripkaçının Avropadakı xoş sədası VİDEO

Xaçmaz, 13 dekabr, Elxan Yusifli, AZƏRTAC

Kamran Ömərli son illərin ən istedadlı azərbaycanlı klassik musiqi ifaçılarındandır. Hazırda İspaniyada musiqi fəaliyyəti ilə məşğul olan 27 yaşlı skripkaçı böyük uğurlara imza atıb.

Avropada tanınmağı bacaran gənc istedad AZƏRTAC-ın müxbiri ilə söhbətində uğur hekayəsini bölüşüb, gələcək planlarından danışıb.

Atası mobil telefonu sataraq ona ilk skripkanı alıb

Kamran Ömərli 1994-cü ildə Xaçmaz şəhərində musiqiçi ailəsində anadan olub. Bir müddət sonra ailəsi ilə Bakı şəhərinə köçüb. Uşaqlıqdan musiqiyə böyük marağı olan Kamran 2001-ci ildən Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbində təhsil almağa başlayıb. Məktəbdə skripkada ifa etməyi öyrənən 7 yaşlı balaca istedadın müəllimi professor İlhamə Ağayeva olub.

“Mənim valideynlərim də musiqiçi olub. Amma peşəkar istiqamətdə fəaliyyətlərini davam etməyiblər. İstedadımın olduğunu da əvvəlcə onlar duyublar və məni musiqi məktəbinə göndəriblər. Burada da müəllimim musiqi duyumuma güvənərək skripka ifa etməyi tövsiyə edib. Ümumiyyətlə, valideynlərim həmişə mənə böyük dəstək veriblər. Təsəvvür edin, skripka ifa edəcəyim dəqiqləşəndən sonra atam öz mobil telefonunu 70 ABŞ dollarına sataraq, mənim üçün ilk musiqi alətini alıb”, - deyə Kamran Ömərli bildirir.

Yeniyetmə vunderkind çətin seçim qarşısında

Kamranın istedadı 2006-cı ildən, cəmi 12 yaşı olanda diqqət çəkməyə başlayıb. O, bu yaşda ilk dəfə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birlikdə konsertdə iştirak edib. Həmin il ilk dəfə Respublika müsabiqəsində iştirak edərək II yerə layiq görülüb. Məktəbdə dərslərini də əla qiymətlərlə oxuyan Kamran musiqi sahəsindəki uğurlarından sonra artıq seçim qarşısında qalır.

O deyir: “Anam çox tələbkardır. Mənim musiqi ilə paralel təhsilimi də diqqətdə saxlayırdı. Hətta VII sinfə qədər dərslərimdən 4 alanda narahat olurdu. Amma 14 yaşım olanda müəllimim anamla danışıb bildirdi ki, artıq seçim etmək lazımdır. Hər iki istiqamətdə paralel olaraq yüksək səviyyədə inkişaf etmək, demək olar, mümkün deyil. Çünki skripkanı öyrənmək həddən artıq çox vaxt tələb edir. Belə olan halda mən artıq peşəkar musiqiçi olacağım barədə qərar verdim. Buna stimul verən isə həmin ildə musiqi sahəsində əldə etdiyim uğurlar idi. Artıq özüm də bu sahədə istedadıma çox güvənirdim”.

Kamran bir çox respublika səviyyəli müsabiqədə ardıcıl olaraq müxtəlif nominasiyalar üzrə qalib adını qazanmağı bacarır. Azərbaycanda həmin vaxt keçirilən Gənclər Orkestrinə də cəlb olunur, Rusiya və Niderlandda konsertlərdə iştirak edir.

2010-cu ildə isə xüsusi təklif əsasında Litvada Kaunas Beynəlxalq Musiqi Festivalına qatılır və orada P.İ.Çaykovskinin skripka və orkestr üçün konsertini ifa edir. Litvada böyük sənətkarla qarşılaşan gənc öz ifası barədə onların müsbət rəylərini alır. Elə həmin il Prezident təqaüdünə layiq görülən Kamran Ömərlinin adı həm də Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılır.

Klassik musiqinin canlı əfsanəsi ilə görüş həyatında dönüş nöqtəsi oldu

Kamran Ömərli 2011-ci ildə 14-cü Henrik Venyavski adına Beynəlxalq Violin yarışmasına qatılmaq qərarına gəlir. İdmanda olimpiya oyunları ilə müqayisə oluna biləcək çox nüfuzlu bu müsabiqədə çıxış etmək üçün əvvəlcə seçim mərhələsində mübarizə aparmaq lazım idi. Gənc skripkaçının bəxti onda gətirir ki, həmin il seçim turları Tokio (Yaponiya), Kvebek (Kanada) kimi şəhərlərlə yanaşı, həm də Bakıda keçirilirdi. Münsiflər heyətinin rəhbəri isə dünyaşöhrətli skripkaçı, drijor, iki dəfə “Qremmi” mükafatı laureatı Maksim Vengerov idi. Bu mərhələdə seçimlərə qatılan 5 musiqiçi arasında fərqlənən K.Ömərli Beynəlxalq Violin yarışmasında iştirak etmək hüququ qazanır. Sonradan məlum olur ki, 17 yaşlı Kamran nüfuzlu yarımanın ən gənc iştirakçısıdır.

Hələ bu yarışadək M.Vengerovun Bakıda təşkil olunan konsertində onunla birgə ifa edən Kamrana böyük rəğbət bəslənirdi. 14-cü Henrik Venyavski adına Beynəlxalq Violin yarışmasında isə M.Vengerov Kamranı öz müəllimi, klassik musiqinin canlı əfsanələrindən sayılan Zaxar Bronla tanış edir. Məhz bu görüş gənc istedadın həyatında dönüş nöqtəsi olur.

“Zaxar Bron mənim ifamı bəyəndiyi üçün özünün də dərs dediyi Madriddəki musiqi məktəbinə dəvət etdi. Mən Bakıda 11 illik musiqi məktəbini yeni bitirmişdim. Valideynlərimlə məsləhətləşdikdən sonra İspaniyaya yollanmaq qərarına gəldim. 2012-ci ildən Kraliça Sofiya adına Ali Musiqi Akademiyasında Zaxar Bronun sinfində dərs almağa başladım”, - deyə K.Ömərli söyləyir.

İspaniya Kraliçası Sofiya azərbaycanlı musiqiçini üç il ərzində
3 dəfə fəxri diplomla təbrik edib

Azərbaycanlı gənc musiqiçi Kraliça Sofiya adına Ali Musiqi Akademiyasında 8 il ərzində bakalavr və magistr dərəcələrində təhsil alıb. 2020–ci ildə ali musiqi məktəbini bitirən K.Ömərli bu illər ərzində mühüm nailiyyətlər qazanır.

Kamran 2014-cü ildə “Ən yaxşı simli kvartet” nominasiyasının, 2016-cı ildə isə “Ən yaxşı skripkaçı” nominasiyasının qalibi olur.

2015-ci ildə Bolqarıstanın Sofiya şəhərində keçirilən “Gənc İstedadlar” Beynəlxalq Violin yarışmasının, üç il sonra isə “Arnuero Beynəlxalq Kamera Musiqisi Yarışması”nın qalibi adını qazanır. Kamran ən yaxşı trio və yarışmanın ən yaxşı skripkaçısı nominasiyası üzrə ilk dəfə təqdim olunan, dahi ispan skripkaçısı və bəstəkarının adına təsis edilən “Jesús de Monasterio” mükafatına da layiq görülür.

Bu nailiyyətlərinə görə İspaniya Kral ailəsinin üzvü, Kraliça Dona Sofiya üç il ərzində azərbaycanlı musiqiçini 3 dəfə fəxri diplomla təbrik edir.

2016-cı ildən başlayaraq K.Ömərli beş il Kraliça Sofiya adına Ali Musiqi Akademiyasının tərkibindəki Freixenet orkestrinin konsertmeysteri kimi fəaliyyət göstərib. Bu illər ərzində isə İspaniya dövlət radio və televiziyası üçün bir neçə dəfə canlı konsertlə çıxış edib.

“İspaniyada Azərbaycan klassik musiqisini yüksək səviyyədə
təmsil və təbliğ etmək istəyirəm”

Kamran 2021-ci Ali Musiqi Məktəbini bitirdikdən sonra Basklar Ölkəsi Dövlət Simfonik Orkestrinin üzvü seçilməyi bacarıb. Hazırda bu orkestrdə skripkaçı kimi fəaliyyət göstərən həmyerlimiz İspaniyanın bəzi əyalətlərində konsertlərlə çıxış edir. 2018-ci ildən professor adını qazanıb, həm də pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycanda Qəbələ Musiqi Festivalında da konsertlə çıxış edib.

“Mən burada Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərə məmnuniyyətlə iştirak edirəm. Klassik musiqimizi burada tanıtmaq üçün bir çox planlarım var. Gələn il Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirovun 100 illik yubileyi qeyd ediləcək. Bu münasibətlə İspaniyada konsert təşkil etmək arzusundayam. Bundan başqa, 2022-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin də 75 illik yubileyidir. Çox istəyirəm ki, bu münasibətlə təmsil olunduğum orkestrlə konsert təqdim edək. Çünki Basklar Ölkəsi Dövlət Simfonik Orkestri daim bu cür təşəbbüslərlə çıxış edir. Bizim də bu fürsətdən yararlanmaq imkanımız var. Artıq Firəngiz xanımla əlaqə saxlamışam. Bu təklifim müsbət qarşılandı və Firəngiz xanım əsərlərini bizə təqdim edib. Burada Azərbaycanı klassik musiqimizlə yüksək səviyyədə təmsil və təbliğ etmək istəyirəm”,-deyə K.Ömərli söyləyib.

“İstəyirəm ki, ifa etdiyim musiqilər insanlarda xoş duyğular yaratsın”

Kamran Ömərli hazırda İspaniyanın San-Sebastian şəhərində yaşayır. Ailəlidir, 7 yaşlı qız və 5 yaşlı oğlan övladı var.

Nadir hallarda boş vaxtının olduğunu söyləyən Kamran deyir: “İmkan olan kimi, təbiət qoynunda gəzməyi, kitab oxumağı sevirəm. Futbola baxıram, “Real Madrid” klubuna azarkeşlik edirəm. “Atletiko Madrid” və “Qarabağ” komandaları arasındakı matçı stadionda izləmişəm. Amma əlbəttə əsas zamanımı musiqiyə ayırıram. Mənə verilən bu istedadı ən yüksək səviyyəyə çatdırsam, xoşbəxt olaram. Ən əsası insanlıq üçün faydalı olmaq istəyirəm. Musiqi insanın mənəviyyatını qidalandırır. Təəssüf ki, son zamanlar klassik musiqiyə maraq azalır. Konsertlərə gələnlərin arasında gənclər azdır. İstərdim ki, modern bir formul ilə yeni nəsildə klassik musiqiyə maraq oyatmaq mümkün olsun. Çox çətin missiyadır. Həmişə istəmişəm ki, ifa etdiyim musiqilər insanlarda xoş duyğular yaratsın”.

 

Azərbaycanlı skripkaçının Avropadakı xoş sədası VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar