İQTİSADİYYAT
“Azəriqaz” paytaxtın bəzi küçələrində təmir işləri aparır
Bakı, 11 oktyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin Təmir-tikinti İdarəsi tərəfindən paytaxtın Azadlıq prospekti ilə Ziya Bünyadov küçələrinin kəsişməsində təmir işləri həyata keçirilir.
İB-dən AZƏRTAC-a bildirilib ki, Nəsimi və Binəqədi rayonlarının kəsişməsində diametri 530 və 325 millimetr olan ortatəzyiqli qaz kəmərlərinin əlaqələndirilməsi işləri aparılır. Əsas məqsəd abonentlərin qaz təchizatının yaxşılaşdırılması, hansısa xətdə qəza halı baş verərsə, digər xətdən qaz ötürməklə abonentləri dayanıqlı olaraq təbii qazla təmin etməkdir. Ərazidən çoxsaylı yeraltı kommunikasiya xətlərinin keçməsi texnikanın işləməsinə mane olduğundan əməkdaşlar işin ən ağır mərhələsini icra ediblər. Əl ilə qazma üsulundan istifadə edərək sözügedən ərazidə qazma işləri yekunlaşdırılıb. Artıq qoşma işləri həyata keçirilir, günün sonunadək işlərin yekunlaşdırılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]