REGİONLAR


“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Samuxda keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC

“Azəriqaz” İB sahibkarlara dəstəyini davam etdirir. İstər Bakı və Bakıətrafı qəsəbələrdə, istərsə də regionlarda sahibkarlarla mütəmadi görüşlər keçirilir, Birliyin rəhbər şəxsləri onların qayğıları ilə maraqlanır.

İB-dən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Samux sahibkarlarının ixtiyarında olub. Samux rayonunda təşkil olunan görüşdə “Azəriqaz” İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov və Birliyin digər rəhbər şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin Samux Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edən sahibkarlar əsasən ötən illər ərzində istehlak etdikləri qaz sərfiyyatının həcminə görə yaranan borclarla bağlı güzəştlərin olunmasını xahiş ediblər. Baş direktorun müavini ünvanlanan hər bir müraciətin araşdırılaraq Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacağını bildirib.

Səyyar qəbul otağının imkanlarından istifadə etmək üçün ətraf qəsəbələrdə, yeni yaşayış massivlərində yaşayan xeyli vətəndaş “Açıq mikrofon” aksiyası baş tutan ünvana üz tutub. Onlar əsasən payız-qış aylarında üzləşdikləri çətinliklərdən söz açaraq yaşadıqları ərazilərin mavi yanacaqla təmin olunmasını xahiş ediblər. Səslənən hər müraciət qeydə alınıb.

Qeyd edək ki, bu, “Azəriqaz” İB-nin sayca 22-ci “Açıq mikrofon” aksiyasıdır. Bundan sonra da Birlik sahibkarlara lazımi dəstəyi davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.