DÜNYA


BƏƏ dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq koalisiyaya qoşulacaq

Dubay, 19 sentyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Körfəz rayonunda dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq koalisiyaya qoşulmağı qərara alıb.

AZƏRTAC xəbər verir ki, WAM Dövlət İnformasiya Agentliyi bu barədə BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin təhlükəsizlik sahəsində əməkdaşlıq departamentinin direktoru Səlim əl-Zaaibinin bəyanatına istinadla məlumat yayıb.

Bəyanatda qeyd edilir ki, BƏƏ-nin bu alyansa qoşulmaqda məqsədi dəniz gəmiçiliyinə və dünyada ticarətə qarşı təhdidlərlə mübarizədə regional və beynəlxalq səyləri dəstəkləmək, enerji təhlükəsizliyini, enerji ehtiyatlarının dünya bazarlarına göndərilməsini təmin etmək, beynəlxalq sülhü və sabitliyi dəstəkləməkdir. Qeyd olunur ki, beynəlxalq koalisiyanın fəaliyyət dairəsi Hörmüz və Bab Əl-Məndab boğazlarını, Oman dənizini və Körfəzi əhatə edir.

Məlumat üçün qeyd edək ki, sentyabrın 18-də Səudiyyə Ərəbistanı Körfəz rayonunda beynəlxalq koalisiyaya qoşulduğunu elan edib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.