DÜNYA


BƏƏ-nın “Al-Maktum” Fondunun dəstəyi ilə Efiopiyada iki məktəb açılıb

Əbu-Dabi, 8 yanvar, AZƏRTAC 

Birləşmiş Ərəb Əmirliklərinin “Al-Maktum” Fondu Efiopiyanın paytaxtı Əddis-Əbəbədə iki orta məktəb açıb.

AZƏRTAC xəbər verir ki, bir çox efiopiyalı uşaqların təhsil alacağı bu məktəblər Dubay əmirinin müavini və maliyyə naziri Şeyx Həmdan bin Rəşid Al Maktumun himayəsi altında açılıb.

Əddis-Əbəbənin Ayat dairəsində yerləşən Şeyx Həmdan bin Rəşid adına məktəb 405 şagird üçün nəzərdə tutulub. Həmçinin təhsil ocağında kompüter otağı və kimya laboratoriyası var.

Nifas Silk rayonunda yerləşən eyniadlı məktəbdə isə 513 efiopiyalı uşaq təhsil alacaq. Orada 12 sinif otağı istifadəyə verilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.