İDMAN


BAKIDA AZƏRBAYCANIN VƏ GÜRCÜSTANIN FUTBOL VETERANLARININ GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Mayın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda Bakının “Neftçi” və Tbilisinin “Dinamo” komandalarının veteranları arasında görüş keçiriləcəkdir.

Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ümummilli liderimiz Prezident Heydər Əliyevin doğum gününə həsr olunmuş bu görüşdə Ələkbər Məmmədov, İsgəndər Cavadov, Aleksandr Çivadze, Ramaz Şengeliya və vaxtilə öz komandalarına şan-şöhrət gətirmiş digər futbol veteranları iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.