İDMAN


BAKIDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ VOLEYBOL TURNİRİ KEÇİRİLƏCƏKDİR

AZƏRTAC xəbər verir ki, avqustun 20-də Bakıda qadın voleybol komandaları arasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcəkdir.

Beş gün davam edəcək turnirdə Azərbaycan yığması ilə yanaşı, Ukrayna, Türkiyə, Bolqarıstan, Yunanıstan və İsrail milli komandaları da yarışacaqlar.

Dairəvi sistem üzrə keçiriləcək yarışın qaydalarına əsasən, ən çox xal toplamış komanda qalib hesab olunacaqdır.

Azərbaycan voleybolçuları yarışda ilk görüşünü Yunanıstan millisinə qarşı keçirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.