İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4908,16 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 5 milyon dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 1,06 bənd qalxmış və 1 dollar üçün 4907,10 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasından USD/AZM T+0 aləti üzrə 1 milyon 825 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4908 manat olmuşdur.
Beləliklə, USD/AZM T+0 aləti üzrə hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 6 milyon 825 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 33 milyard 493 milyondur. Bir əqdə, orta hesabla, 620 455 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 38,656 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Sentyabrın 30-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.