İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
keçirilmiş hərracların yekunlarına görə, noyabrın 11-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4911,68 manat olmuşdur. Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 686 min ABŞ dolları təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4912 manata bərabər olmuşdur. 686 min dollar tələb və 631 min dollar təklif şəraitində manatın məzənnəsi bir bənd qalxaraq, 1 ABŞ dolları üçün 4911 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 4914 manat həddində olmuşdur. USDAZM T+1 aləti üzrə BEST-də 200 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 983 milyon təşkil edir.
Dilerlər tələb olmadığından USDAZM T+0 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
Banklar AVRAZM, RUR/AZM alətləri üzrə BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 3,114 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. Noyabrın 11-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.