İDMAN
BASKETBOL ÜZRƏ ÖLKƏ ÇEMPİONATINDA NÖVBƏTİ OYUN KEÇİRİLDİ
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, indiyədək “Azəri” iki oyunda qələbə qazanmış, birində məğlub olmuşdur. Onların mübarizəsinin ümumi hesabı 2:1-dir. Görüş gərgin mübarizə şəraitində keçmişdir. “Qərb Universiteti” komandası daha yaxşı oynayaraq, qalib gəlmişdir.
Beləliklə, seriyada ümumi hesab 2:2 olmuşdur. Bu komandalar arasında bürünc medalın sahibini müəyyən etmək üçün beşinci, yekun görüş keçiriləcəkdir.
Xatırladaq ki, çempion adı uğrunda “Qala” və BİM komandaları mübarizə aparırlar. Olimpiya çempionu Rimas Kurtinaytisin yetirmələri, “Qala” idman klubu iki oyunda böyük üstünlüklə qalib gəlmişdir. “Qala”nın ikinci dəfə çempion olması üçün - komanda mayın 8-də keçiriləcək üçüncü oyunda qələbə qazanmalıdır.