Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

BAZARLARDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ QİYMƏTLƏRİNİN SÜNİ ARTIMININ QARŞISI ALINIR
MARTIN 31-DƏ BAKININ RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR

Martın 31-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Bu dəfə də qiymətlər bazarlardakından xeyli ucuz olmuşdur.
AZƏRTAC-ın müxbirləri satış yarmarkalarında olmuş, reportajlar hazırlamışlar.
NƏSİMİ RAYONU
“Təzə bazar” MMC-nin (S.Vurğun küçəsi, 73) həyətindəki yarmarkada Sabirabad, Gədəbəy, Salyan, Tovuz, Hacıqabul rayonlarından gətirilmiş müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Səhər tezdən alıcılar həvəslə bazarlıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimovun sözlərinə görə, bü gün satışa 15,8 ton məhsul, o cümlədən 5,2 ton ət, 3,3 ton tərəvəz, 6,0 ton kartof, 1,1 ton meyvə, 0,2 ton ağartı məhsulları, 145,1 min ədəd yumurta və s. çıxarılmışdır.
NƏRİMANOV RAYONU
Metronun “N.Nərimanov” stansiyasının yaxınlığında, “Bakı Taxıl” Açıq Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkaya Xaçmaz, İmişli, Tovuz, Astara, Salyan, Neftçala və Qobustan rayonlarından 21,9 ton məhsul gətirilmişdi.
Burada alıcılara 2,5 ton ət, 3,2 ton balıq, 3 ton kartof, 3,4 ton konserv, 4 ton tərəvəz, 5,4 ton meyvə və s. təklif olunmuşdur.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri məhsulların qiymətinə və keyfiyyətinə nəzarət edirdilər.
BİNƏQƏDİ RAYONU 
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada satışa Qazax rayonundan gətirilmiş müxtəlif növ meyvə-tərəvəz çıxarılmışdı.
Məhsullar bazarlardakından xeyli ucuz qiymətə satılırdı.
Yeddinci mikrorayondakı “Bolluq” bazarının yanında təşkil edilmiş yarmarkada Ağstafa və Bərdə rayonlarından gətirilmiş müxtəlif növ kənd təsərrüfatı məhsulları satılırdı. Burada kələm və soğanın kiloqramı 60 qəpiyə, kartof 50 qəpiyə təklif olunurdu. Mal ətinin kiloqramı 3 manat 40 qəpiyə, qoyun əti 4 manata, pendir 2 manata satılırdı.
SURAXANI RAYONU
Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış massivi “Günəş” ticarət mərkəzində təşkil olunmuş yarmarkada Qobustan, Şəki və Samux rayonlarından gətirilmiş kənd təsərrüfatı məhsulları satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fariz Əliyev bildirdi ki, fermerlər bu gün satışa 4 tondan artıq çuğundur, soğan, kələm, kartof, kök, alma, 1 ton 600 kiloqram ət və digər məhsullar çıxarmışlar.
Satılan məhsulların qiymətləri bazarlardakından 25-30 faiz ucuz olduğuna görə şəhər sakinləri onları çox həvəslə alırdılar.
Əmircan qəsəbəsinin S.Bəhlulzadə küçəsində, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad fermerləri əhaliyə 3 tondan artıq ət, noxud, buğda, lobya, arpa və digər kənd təsərrüfatı məhsulları təklif edirdilər.
Yarmarkalarda məhsulların həm qiymətlərinə, həm də keyfiyyətinə nəzarət olunurdu.
XƏTAİ RAYONU
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər əhalisinə Kürdəmir, Salyan, Quba, Qəbələ, Qax, Şəmkir, Ağcabədi, Gədəbəy, Hacıqabul və Astara rayonlarından gətirilmiş meyvə-tərəvəz və digər məhsullar təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, bu gün rayonun ərazisində fəaliyyət göstərən iki yarmarkada satışa 76,4 ton kənd təsərrüfatı məhsulu çıxarılmışdır.
General Şıxlinski küçəsi, 37, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığındakı “Ordubad” kiçik müəssisəsinin ticarət mərkəzində də bu gün meyvə-tərəvəz, bostan, konserv və ağartı məhsulları, ət, yumurta, bal və s. satılırdı.
YASAMAL RAYONU
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının 200 metrliyindəki yarmarkada satışa Dəvəçi, Qusar, Şəki, Salyan və Oğuzdan gətirilmiş 40 tona yaxın kənd təsərrüfatı məhsulu ilə yanaşı, Buzovnadakı “İnkişaf” quşçuluq müəssisəsindən 10 min ədəd yumurta da çıxarılmışdı. Şəkililərin təklif etdiyi şirə və turşulara, şirniyyat məhsullarına növbə daha çox idi.
Qusardan kartof gətirmiş Xanlar Budaqov bildirdi ki, təşkil edilmiş bu yarmarkalar istehsalçılara, fermerlərə geniş imkanlar yaratmış və onlar öz məhsullarını sərbəst şəkildə satırlar. Onun sözlərinə görə, yarmarkalar təşkil ediləndən bəri 70 tona yaxın müxtəlif məhsullar satmışdır.
Alıcılardan Qəmər Bayramova məhsulların qiymətinin bazarlardakından ucuz olduğunu razılıqla qeyd etdi və bu işi təşkil edənlərə minnətdarlığını bildirdi.
SƏBAİL RAYONU
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyəti, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri məhsulların keyfiyyətinə və qiymətlərinə ciddi nəzarət etməklə yanaşı, əhalinin tələbatına uyğun məhsulların gətirilməsi üçün də yerli fermerlərlə məsləhətləşmələr aparırdılar.
Satışa Ağdaşdan 1 ton kartof, soğan, 1 ton kələm, 500 kiloqram mal əti, Salyandan 200 kiloqram ət və 300 kiloqrama yaxın ağartı məhsulları çıxarılmışdı.
Ağdaşdan kartof və soğan gətirmiş Miri Miriyev dedi ki, yarmarkada əlverişli şərait yaradıldığı üçün yetişdirdiyi məhsulun çox hissəsini burada satmışdır.
Alıcılardan Xanım Babayeva və Fikrət Qarayev bildirdilər ki, yazın gəlişi ilə əlaqədar satışa çıxarılan məhsulların çeşidindən, keyfiyyətindən, qiymətlərin ucuzluğundan razılıq edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək