Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

BAZARLARDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ QİYMƏTLƏRİNİN SÜNİ ARTIMININ QARŞISI ALINIR
NOYABRIN 19-DA BAKININ RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR

Noyabrın 19-da – bazar günü Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Bu dəfə də qiymətlər bazarlardakından xeyli ucuz olmuşdur.

AZƏRTAC-ın müxbirləri satış yarmarkalarında olmuş, reportajlar hazırlamışlar.

NƏSİMİ RAYONU

Mərdanov qardaşları küçəsi, 137, “Maşzavod” SC-nin (Olimpik idman kompleksinin yanı) həyətindəki yarmarkada satışa Sabirabad, Gədəbəy, Salyan, Ağdaş, Lerik rayonlarından gətirilmiş məhsullar çıxarılımışdı.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov qeyd etdi ki, iki gün ərzində bu rayondakı yarmarkalarda 67,6 ton kənd təsərrüfatı məhsulları satılmışdır. Şəhər sakinlərinin tələbatına uyğun olan keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsulların qiyməti bazarlardakından 20-30 faiz aşağıdır.

C.Məmmədquluzadə küçəsi, 101, “Bakı Tikiş Sənaye” ASC-nin həyətində təşkil olunmuş yarmarkada Ağdaş və Lerik rayonlarının kəndli-fermerləri məhsullarını təklif edirdilər. Həmişə olduğu kimi, Ağdaşın “Orelay” şirkəti satışa 1,5 ton qənnadı məhsulu çıxarmışdı. Burada 7,3 ton badımcan, kartof, kələm, soğan, mal əti və digər məhsullar bazarlardakından 20-25 faiz ucuz satılırdı.

NİZAMİ RAYONU

Metronun “M.Əzizbəyov” stansiyasının ərazisindəki “Ankara” istehsalat-kommersiya firmasındakı yarmarkada bakılılara Tovuz, Lənkəran, Şəki, Daşkəsən və Oğuz rayonlarından gətirilmiş məhsullar təklif olunurdu.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əhliman Nəsirov dedi ki, bu gün satışa 18 ton meyvə-tərəvəz, ağartı, bostan məhsulları, müxtəlif şirniyyat məmulatı, mürəbbə, şirə, konserv məhsulları və s. çıxarılmışdır.

Daşkəsəndən Arzu Tanrıquliyev 300 kiloqram kartof, 100 kiloqram ağartı məhsulları, 500 kiloqram kələm, Tovuzdan Xaliq Hüseynov 3 ton kələm gətirmişlər. Alıcılar onların məhsullarının keyfiyyətindən razılıq edirdilər.

NƏRİMANOV RAYONU

Metronun “N.Nərimanov” stansiyası yaxınlığında, Ə.Əliyev küçəsi, 26 ünvanında, “Bakı Taxıl“ Açıq Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada müştərilər Naxçıvandan, Xaçmaz, Qobustan, Neftçala, İmişli, Tovuz, Salyan, Beyləqan və Astara rayonlarından gətirilmiş məhsulları həvəslə alırdılar.

Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Salmanşah Pənahov dedi ki, bu gün satışa 12 ton 800 kiloqramdan çox meyvə-tərəvəz və konserv məhsulları çıxarmışıq. Prezidentin təşəbbüsünü ilk gündən dəstəkləyən fermerlərimiz indiyədək keçirilən 34 yarmarkanın hamısında iştirak etmişlər.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hafiz Məmmədov bildirdi ki, bu gün yarmarkaya 9 rayondan 60 tona yaxın kənd təsərrüfatı məhsulları gətirilmişdir.

YASAMAL RAYONU

Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının 200 metrliyindəki sahədə təşkil olunmuş yarmarkada paytaxt sakinləri Salyan və Dəvəçidən gətirilmiş mal, qoyun, quş ətini, Qusar, Xanlar, Xaçmaz, Astara və Gədəbəy fermerlərinin təklif etdikləri meyvə-tərəvəzi həvəslə alırdılar.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Gülağa Mustafayev bildirdi ki, 2 gün ərzində burada 50 tondan çox məhsul satılmışdır.

Yarmarkada mal ətinin kiloqramı 3 manat 40 qəpiyə, qoyun əti 4 manata, bal 8-10 manata, kartof 20-40, soğan 36, nar 40-60, kələm 20, yer kökü 40, alma 30, naringi 50-60 qəpiyə təklif olunurdu.

Arif Rzayev Gədəbəydən bal, Elmin Qasımov Astaradan 2 tondan artıq naringi gətirmişlər. Onlar təsərrüfatlarının məhsulunu satmaq üçün yaradılmış əlverişli şəraitə görə ölkəmizin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Salyanlı Elmir Həmzəyev deyir ki, yarmarkalar təşkil ediləndən bəri burada 100 tona yaxın nar satmışdır. Qəbələli Əlövsət Alıyev ilk dəfədir ki, yarmarkaya məhsul gətirmişdir. Sakinlər onun təklif etdiyi şabalıdı və fındığı həvəslə alırdılar.

SURAXANI RAYONU

Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 2, “Suraxanı Maşınqayırma Zavodu” ATSC-nin ərazisində satışa Cəlilabad və Göyçay rayonlarından gətirilmiş məhsullar çıxarılmışdı.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Nazim Səlimov bildirdi ki, bu gün də fermerlərimiz məhsullarını bazarlardakından xeyli ucuz satırlar. Məhsulların keyfiyyəti də alıcıları razı salır.

Qaraçuxur qəsəbəsinin Yeni Günəşli yaşayış sahəsindəki “Günəş” ticarət mərkəzində təşkil edilmiş yarmarkada, əsasən, alıcılara Balakən və Biləsuvardan gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif edilirdi.

Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmışdır.

BİNƏQƏDİ RAYONU

Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada şənbə və bazar günləri Ağsu və Qazax rayonlarından gətirilən 20 tona yaxın müxtəlif növ kənd təsərrüfatı məhsulları satılmışdır. Müştərilər böyük həvəslə bazarlıq etmişlər.

Biləcəri qəsəbəsinin sakini Nadir Qafarov dedi ki, yarmarkanın daimi müştərisidir. Burada malların təzəliyi və qiymətlərin ucuzluğu məni qane edir. Yarmarkanın təşkili əhalinin aztəminatlı təbəqəsi üçün böyük qayğıdır.

Dərnəgül yaşayış sahəsində, K.Rəhimov küçəsində yerləşən 6 nömrəli peşə liseyinin qarşısındakı avtomobil yolunun kənarında təşkil edilmiş yarmarkada Qazax, Bərdə, Ağsu, Ağstafa, Zərdab və Goranboy rayonlarından gətirilən kənd təsərrüfatı məhsulları satılırdı.

Burada xiyar, badımcan, kartof, kələm, nar, pomidor, lobya 20 qəpiyə, soğan 25 qəpiyə, mal əti 3 manat 35 qəpiyə, qoyun əti 3 manat 60 qəpiyə təklif olununurdu. Müştərilər emal sənayesində istehsal olunmuş qida məhsullarını da topdanşatış qiymətlərinə alırdılar.

Hər iki yarmarkada ət baytar yoxlamasından keçirilmişdir.

XƏTAİ RAYONU

Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində bazar günü də kənd təsərrüfatı məhsullarının satış yarmarkası fəaliyyətini davam etdirmişdir. Şəhər əhalisi bu dəfə də satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər.

İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günlərində təşkil edilən yarmarkada 190 tonadək kənd təsərrüfatı məhsulları satılmışdır.

Qax rayonunun Turaclı kəndindən gəlmiş Vilayət Həsənov dedi ki, 30 kiloqram bal, 20 kiloqram qoz, 30 kiloqram fındıq gətirmişəm. Öz təsərrüfatımın məhsuludur. Balın klioqramını 12 manata, qozu 1 manat 60, fındığı isə 1manat 40 qəpiyə təklif edirəm.

Salyanın “Hacı Camalxan” kəndli fermer təsərrüfatının nümayəndəsi Ayaz İsmayılov bildirdi ki, yarmarkaya əhalini cəlb edən məhsulun keyfiyyəti və qiymətlərinin ucuzluğudur. Bu səbəbdəndir ki, şəhər sakinləri gətirdiyimiz pendiri, qaymağı və müxtəlif turşuları həvəslə alırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir