ELM VƏ TƏHSİL


BDU-da “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramı çərçivəsində magistr hazırlığı davam edir

Bakı, 5 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramı çərçivəsində magistr hazırlığı davam edir.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəb Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti ilə magistratura pilləsində “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə ikili diplom proqramı çərçivəsində mütəxəssis hazırlığında təhsil-elm-innovasiya üçlüyünün qabaqcıl nailiyyətlərindən istifadə edir. Hüquqşünaslıq ixtisasında təhsil alan bakalavrlar bu ixtisaslaşma üzrə magistraturada təhsillərini davam etdirir və onlara beynəlxalq ümumi dəniz hüququ, ümumi enerji hüququ, neft və qaz hüququ, həmçinin enerji və dəniz hüququ üzrə mövcud beynəlxalq konvensiyalar təlimin innovativ texnologiyalarından istifadə edilməklə tədris olunur.

Tədris hər iki universitetin bu sahədə ixtisaslaşmış professorları tərəfindən ingilis dilində aparılır.

Hazırda BDU “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq kreativ düşüncəli və konvergens biliklərə malik mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, İsrail, Qazaxıstan, Fransa, İsveçrə və Almaniyanın bir neçə qabaqcıl universitet və institutları ilə bakalavr, magistratura, doktorantura pilləsi və MBA proqramı üzrə beynəlxalq ikili diplom, habelə yeni ixtisaslar üzrə beynəlxalq akkreditasiyadan keçmiş təhsil proqramlarını tətbiq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.